132
Ney misli Nəva eylir bilisən, bu dərdə fətadə
qəmli balan,
Hicrində sənin ərşə ucalıb hər ləhzə mənim
əfğanım, əmi.
Can üstə görüb bikəs balasın,
qətlayə babam
tahada gəlib,
Alsın dizinə qanlı başımı mə`nada anam Zəhra
da gəlib.
Məzlum atam ilə cəddim Əli bu qətligaha imdada
gəlib,
Gəl pənctəni təkmil eylə sən, ümidim əmi,
cananım əmi,
Gəl şəhdü-şəhadət nuş edirəm, xoşdur görünə
məhbuba həbib,
Hicrana özün yaxşı bilirsən,
bir ləhzə də, əmi,
yox məndə şəkib,
Balinimə sən qoysan qədəmin,qurbanınam ey
ruhani təbib,
Rahat verirəm cananıma can, çün həsinin olar
dərmanım, əmi.
Açdım eylə ki dünyaya gözüm, can vəqfi-rəhi-
Qur`an elədim,
Birdən on üç il bu saətə,
mən qəlb evini alqan
elədim,
Peymanə vəsli meyl eləyib, peymanımı mən
payan elədim,
Təlx oldu mənim əvvəldə günüm, şirintərimiş
payanım əmi.