İmam Hüseynin (ə) Əli Əkbərə zaban
halı (
Sinəzən)
Quru yerdə nəqşeyi-qamətin, eyləyib qiyamət,
oğul Əli,
Evimi yıxıb, belimi büküb, belə sərvi-qamət, oğul
Əli!
Yetişibdi fərqinə bir yara, bürüyüb camalını tazə
qan,
Dirilikdən əl yumuşam Əli, başınə bu yarə dəyən
zaman,
Məni öldürür sənin ölməyin, nə lüzumu öldürə
kufiyan,
Bu başındakı yara mərgimə çox edər kifayət, oğul
Əli!
Edələr şikaf bu sinəmi, o qədər ki, qəlb ola aşikar,
Ürəyimdə onda baxan görər, başımın yarasının
əksi var,
Gələ başa hər nə bəla, bəli onu zəbt edər deli
dağidar,
Ürəyimdədir, bədənində var nə qədər cərahət,
oğul Əli!
Deyirəm yatıbdı bu gözlərin hələ seyri-aləm xab
edər,
Gözünün yumulmağı ya oğul, mən binəvaya
cavab edər,
124
Belə ki, yaman günə qalmışam məni bəlkə özgə
hesab edər,
Görürəm göz açmısan, eylirəm bu qədər səmacət,
oğul Əli!
Bu qoşun şəmatət edir mənə başın üstə çox
oturanmıram,
Gülüşürlər ağlaya bilmirəm, sevinirlər başa
vuranmıram,
Qabağımda düşmənim əl çalır, hələ mən ayağa
duranmıram,
Nə belimdə tabi-qiyam var, nə dizimdə taqət,
oğul Əli!
Nə rəvadı mən günə oxşadam üzün ey cavan
mələk siyər,
Azalar şüaü-ziyası çun, günə hər göz eyləsə çox
nəzər,
Vəli bu camala baxanda mən görürəm işıqlanır
bəsər,
Gözümün ziyasını artırır belə bir məlahət, oğul
Əli!
Məni nimə can eyləyib qəmin, bilirsən özün də
bu nöktəni,
Görsən ki, gəlmir dizlərim, necə xeyməyə aparım
səni,
Dur ayağa tut əlimi, Əli, sən özün xiyamə apar
məni,
Qocalıq zamanıdı eylə öz atana himayət, oğul
Əli!
125
Ərasati-həşridə ya Hüseyn, ata oğlunu itirən
zaman,
Üzü qarə Münzəviyə məgər kim hay-hudə verər
cinan,
Nə ola şahzadyəi-ə`zəmə o, zaman məni verəsən
nişan,
Deyəsən o rusiyəhə gedib-qil, özün şəfaət oğul
Əli!
Dostları ilə paylaş: |