SəRBƏst iŞ TƏLƏBƏ: İbrahimzadə Qamət kafedra: Siyasi və ictimai elmlər



Yüklə 72,44 Kb.
tarix12.05.2023
ölçüsü72,44 Kb.
#111858
Dinlər Tarixi. İbrahimzadə QAMƏT-3






Q

ərbi Kaspi Universiteti


SƏRBƏST İŞ

TƏLƏBƏ: İbrahimzadə Qamət
KAFEDRA: Siyasi və ictimai elmlər
İXTİSAS: Tarix
KURS: 2
QRUP: 131 T
TƏDRİS İLİ: 2022/2023
FƏNN: Dinlər tarixi
SƏRBƏST İŞİN MÖVZUSU: Müasir dünyada dinin yeri və roluna dair nəzəriyyələr
MÜƏLLİM: f.ü.f.d., dos. Mustafayev Radif


Bakı-2023

Plan
1. Giriş
2. Müasir dünyada dinin yeri və roluna dair nəzəriyyələr
3. Nəticə
4. Ədəbiyyat

Giriş
Bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyildir. Minilliklər boyu dini inanc və təsəvvürlər insanlığın taleyində mühüm rol oynamış, tarixin gedişatına təsir göstərmiş, qədim və orta əsrlərdə dini təşkilatlar ictimai həyatın bütün sahələri ilə sıx bağlı olmuşdur. Məsələn, orta əsrlərdə Qərb dünyasında sosial institutlar Roma Katolik Kilsəsinin nəzarəti altında fəaliyyət göstərmişdir. Lakin elmi-texnoloji tərəqqinin baş verməsi ilə dini institutlar cəmiyyətdəki hakim mövqeyini itirmiş, insanlar getdikcə dindən uzaqlaşmağa başlamışdı. Bütün bunları görən alman filosofu Fridrix Nitsşe (1844-1900) “Tanrı ölmüşdür” deməklə bəşəriyyətin dinsiz eraya, o cümlədən dini-əxlaqi, mənəvi dəyərlərin əhəmiyyətini itirdiyi dövrə qədəm qoyduğunu bəyan etmişdir. Lakin F.Nitsşe ilə razılaşmayan mütəfəkkirlər də az olmamışdır. Cəmiyyətdə gedən müasirləşmə və modernləşmə proseslərinin təsiri altında dini necə gələcək gözlədiyi ilə bağlı elm dünyasında qızğın müzakirələrin nəticəsində bir neçə nəzəriyyə irəli sürülmüşdür. Onlardan geniş yayılmışlarını nəzərdən keçirək. Dövlətçilik milli-mənəvi və dini dəyərlərin qorunmasının əsas şərtlərindən biridir. Dövlətçilik dedikdə, hər şeydən əvvəl, ictimai təşkilin ali forması olan dövlət ənənələri, onun tarixi proseslərdəki yeri və rolu nəzərdə tutulur. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan xalqının dövlətçilik ənənələri olduqca zəngin və dərin tarixi köklərə malikdir. Azərbaycan dövlətçilik ənənələrinin tarixi, təqribən, 5 min il əvvələ gedib çıxır. Belə zəngin və qədim dövlətçilik tariximizdə dövlətçilik ənənələrinin formalaşması və inkişafı prosesində din ictimai institut kimi mühüm rol oynamışdır. Belə ki, əsasən, qədim dövrlərdə dövlət və din arasındakı əlaqələr üzvi xarakter daşıyır, din dövlətçiliyin yaranmasında, onun sabitliyinin təmin edilməsində və təhlükəsizliyinin qorunmasında əsas amillərdən biri kimi çıxış edirdi. Qədim dövrlərdə din institutu ictimai şüur forması, dövlətin rəsmi ideologiyası, eləcə də dövlətin əsas qanunverici mənbəyi hesab olunurdu.
Müasir dünyada dinin yeri və roluna dair nəzəriyyələr
Müasir dövrdə insanların dini inanclarına hörmətlə yanaşmaq, müxtəlif dinlərdən olan insanları dini mənsubiyyətlərinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən biridir. Ümumilikdə, əsas insan hüquq və azadlıqlarından sayılan etiqad azadlığı bəşəriyyətin demokratik inkişafının mühüm nailiyyətlərindən biri hesab olunur, həmçinin onların təmin olunması demokratik cəmiyyətlərin və dövlətlərin ümumi inkişafının təməl prinsiplərindən sayılır. Mənəvi azadlıqla bağlı olan dini etiqad seçimi hər bir şəxsin fərdi və kollektiv hüququ olub, müstəqil şəkildə istənilən dinə etiqad etmək, qəbul etmək, ona ibadət etmək, onu yaymaq və əqidəsini ifadə etmək, ayinlərdə və digər dini tədbirlərdə iştirak etmək, dini təhsil almaq və dini əqidəsinə uyğun yaşamaq hüququ başa düşülür. Dini etiqad azadlığı özü-özlüyündə vicdan azadlığının tərkib hissəsidir. Vicdan azadlığı məsələsinə gəlincə, ilk növbədə, vicdanın hansı anlama gəldiyini qeyd etməyə xüsusi ehtiyac var. Belə ki, vicdan – əxlaqi özünənəzarət, insanın cəmiyyət və özü qarşısında fəaliyyəti, əməlləri və davranışı nöqteyi-nəzərindən mənəvi məsuliyyəti, insanın öz əqidəsinə uyğun olaraq hərəkət etmək bacarığı və imkanıdır. Vicdan azadlığı sözün dar çərçivəsində insanın istədiyi dinə mənsub olmaq və ya heç bir dini qəbul etməmək hüququ kimi başa düşülür. Geniş anlamda isə vicdan azadlığı dedikdə, bir tərəfdə azadlığı təmin edən dövlət, digər tərəfdə isə həmin azadlığın subyekti olan insan və vətəndaş dayanır. Ona görə də vicdan azadlığı məsələsi dövlətin din siyasəti və dövlət-din münasibətləri ilə birbaşa əlaqəlidir. O, həmçinin istənilən dini konfessiyanın hakim mövqeyindən qorunma təminatı olmaqla yanaşı, həm də dini zəmində mübarizəyə qarşı mühüm alətdir. Vicdan azadlığı və dini etiqad azadlığı arasındakı münasibətlərə, fərqlərə dair bir çox beynəlxalq hüquqi, fəlsəfi və metodoloji yanaşmalar mövcuddur. Fikrimizcə, onlar içərisində ən düzgün yanaşma ondan ibarətdir ki, özündə nəinki hər hansı dinə inamı, həm də heç bir dinə inanmamağı, başqa sözlə desək, ateistik mövqedə dayanmağı, habelə inananlara və inanmayanlara neytral münasibət bəsləməyi özündə əks etdirən vicdan azadlığı dini etiqad azadlığından daha geniş anlayışdır. O, insanın öz iradəsinə uyğun olaraq seçdiyi, bütövlükdə, hər hansı bir dünyagörüşünə inamını müəyyən edən maddi və mənəvi hüququdur. Azərbaycan Respublikasının qanunvericiliyi tarixində vicdan azadlığının hüquqi tənzimlənməsinə xüsusi önəm verilmişdir. Təkcə Ümummilli Lider Heydər Əliyevin 16 noyabr 1999-cu il Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşü zamanı söyləmiş olduğu fikirlər ölkəmizdəki vicdan azadlığı ilə bağlı məsələlərin ümumi mənzərəsini təqdim etməyə kifayət edir: “İnsan azaddır, insan azadlığı bütün sahələrdə azadlığın olmasını nəzərdə tutur. Biz şəxsiyyət azadlığını Azərbaycanda demokratik cəmiyyətin başlıca amili elan etmişik. Demokratikləşdirmə və demokratik dövlət quruculuğu, demokratik cəmiyyətin formalaşdırılması hər şeydən öncə şəxsiyyət azadlığını, insan azadlığını, söz azadlığını, mətbuat azadlığını, bir sözlə, bütün insan azadlıqlarını, dini etiqad azadlığını, vicdan azadlığını nəzərdə tutur. İnsanı bir dindən başqa bir dinə keçməyə məcbur etmək olmaz. Əgər insan özü daxilən bunu istəyirsə, onda bunu heç kim ona qadağan edə bilməz. Vicdan azadlığı toxunulmazdır”. Həyati gerçəklikdə din, dövlət və cəmiyyət bir-biri ilə yaxın əlaqədə olub, qarşılıqlı təsir halındadır. Dinin insan və cəmiyyət üzərində təsiri olduğu kimi, bütövlükdə cəmiyyətə təsir edən sosial hadisələrin, yaxud sosial dəyişikliyə səbəb olan mədəni cərəyan və təmayüllər, qloballaşma, modernizm və dünyəvilik kimi proseslərin də dinə təsiri güclüdür.
Amerikanın məşhur politoloqlarından olan Samuel Hantinqton 1993-cü ildə dərc etdirdiyi “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” adlı əsərində belə bir fikir söyləmişdir ki, beynəlxalq münasibətlərdə sivilizasiya amili həmişə güclü təsirə malik olmuşdur. Sivilizasiyalar arasındakı fərqlərin əsasını isə din təşkil edir. Bu fərq yüzillərlə qərarlaşır və o, təsir baxımından siyasi ideologiyadan daha əsas, bir o qədər də güclüdür. S.Hantinqton göstərirdi ki, 1757-1919-cu illərdə qeyri-müsəlman hökumətləri 92 müsəlman ərazisini zəbt etmişdir. 1820-1929-cu illər arasındakı dövrdə dövlətlər arasındakı müharibələrin əksəriyyəti müxtəlif dinlər, əsasən, Xristian və İslam ölkələri arasında olmuşdur. XX əsrin sonlarından xristian və müsəlman sivilizasiyaları arasında olan münaqişələrin əsas səbəblərini isə o, beş amil ilə əlaqələndirmişdir:
1. Müsəlman əhalisinin sürətlə artması ilə işsizlik probleminin yaranması və gənclərin Qərbə köç etməsi.
2. İslam dinindəki oyanış nəticəsində müsəlmanların öz dəyərlərinə, öz sivilizasiyalarına xüsusi önəm verməsi.
3. Qərbin öz dəyərlərinə üstünlük verməsi (hərbi və iqtisadi üstünlüyü; müsəlman dünyasında olan münaqişələrə qarışması və s.) ilə müsəlmanlar arasında narazılığın yaranması.
4. Kommunizm ideologiyasının dağılması nəticəsində Qərb və İslam dünyası üçün ümumi düşmənin yox olması, təhlükəni birbirində görməyə başlamaları.
5. Qərbin və müsəlman dünyasının nümayəndələrinin yaxın əlaqədə olması ilə onların öz xarakterlərindəki fərqləri görməsi, nəticədə, bir-birinin hüquqlarını məhdudlaşdırması, sivilizasiyaların ədalətsizliyinin ortaya çıxması.
Bir sözlə, S.Hantinqton sivilizasiyaları dinlərlə bağladığından, 33 sivilizasiyalararası toqquşmanı beynəlxalq münasibətlər sistemində dinlər arasındakı münasibətlə izah etməyə çalışmışdır. O, ən çox İslam və Xristianlıq arasındakı fərqləri önə çəkir. Xüsusən, müsəlmanların daha sürətlə artmasını rəhbər tutaraq, bir növ, İslam təhlükəsindən bəhs edir. Beynəlxalq münasibətlər sisteminə nəzər saldıqda görürük ki, tarix boyu dövlətlər və ya ayrı-ayrı ictimai-siyasi qruplar arasında münaqişələrin baş verməsində bir sıra hallarda din faktorundan vasitə kimi istifadə olunması aparıcı rol oynamışdır. Belə ki, tarixin müxtəlif dövrlərində din və məzhəb qarşıdurmaları baş vermişdir. Sözügedən münaqişələrin əsl səbəbinin din və ya məzhəb olması, o cümlədən din və məzhəbin həqiqi məqsədlərini gizlətmək, münaqişə tərəflərinin öz tərəfdarlarını daha asan inandırmaq üçün vasitə kimi istifadə edildiyi tarixi hadisələr üzərində uzun təhlillər aparıla bilər. Ümumilikdə, din bir çox halda ayrı-ayrı dövlətlərin öz siyasi maraqlarını həyata keçirmək üçün həlledici funksiya daşımışdır. Müxtəlif dövrlərdə dövlətlər öz ərazilərini genişləndirmək üçün, həmçinin xarici siyasətlərini həyata keçirərkən təbliğat vasitəsi kimi din amilindən istifadə etmişdir. Orta əsrlərdə Avropada böyük üstünlüyə malik olan Xristianlıq siyasi qərarların qəbulunda öz təsirini göstərməkdə idi. Lakin 1517-ci ildə Martin Lüterin rəhbərliyi ilə reformasiya – islahatçılıq adlanan hərəkat Avropada geniş tərəfdar toplamağa başladı. Sözügedən hərəkat nümayəndələri başlıca olaraq Kilsənin siyasi proseslərə müdaxiləsinə qarşı çıxır və sekulyar mövqe ortaya qoyaraq, dövlətlə dinin bir-birindən ayrı olmasının vacibliyini təməl prinsip olaraq irəli sürürdü. Reformasiya Avropada kilsənin nüfuzuna zərbə vurdu və dünyəviliyin bu regionda güclənməsi ilə nəticələndi. Kilsənin mövqeyinin itirilməsi ilə razılaşmayan katoliklər reformasiyanın gedişatı zamanı yaranan protestantlara qarşı müharibə elan etdilər. Qafqaz dünyanın həssas regionlarından hesab olunur. Qara dənizdən Xəzər dənizinədək uzanan Qafqaz sıra dağları regionu iki hissəyə ayırır. Tarix boyu böyük imperiyaların mübarizə meydanına çevrilən bu regionun cənubunda Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları, şimalında isə Rusiyanın Şimali Qafqaz Federal Dairəsinə aid Krasnodar və Stavropol diyarları və yeddi muxtar respublikası (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali OsetiyaAlaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar və Adıgey) yerləşir. Regionun əhalisi etnik, dini və mədəni xüsusiyyətlərinə görə xeyli fərqlənir. Etno-mədəni fərqlilik Şimali Qafqazda daha çox nəzərə çarpır. Cənubi Qafqazda Ermənistan, xüsusilə XX əsrin sonlarından monoetnik ölkə kimi təşəkkül tapsa da, Azərbaycan və Gürcüstanda əhalinin etnik və dini tərkibi rəngarəngdir. Gürcüstan əhalisinin, təqribən, 30%-i qeyri-gürcüdür və sayca ən böyük milli azlıq azərbaycanlılardır. Tarixi vətənlərində yaşayan bu azərbaycanlılar, əsasən, İslam dininə etiqad edir. Eyni zamanda, Azərbaycanda da müxtəlif etnik qruplar yaşayır və əhalinin, təqribən, 96%-i müsəlmanlardan təşkil olunub. Regionun dini baxımdan ən həssas hissəsi Şimal Qafqaz hesab olunur. Şimali Qafqazdakı dini təhdidlərdən bəhs edərkən bölgədə əsrlərdir davam edən etnik problemlər, xüsusən son 30 ildə baş verən proseslərdəki dini amillər diqqəti cəlb edir. Şimali Qafqazda əhalinin xeyli hissəsi müsəlmanlardan ibarət olsa da, etnik baxımdan vəziyyət daha mürəkkəbdir. Sözügedən muxtar respublikalarda, təqribən, 47 səkkiz milyona yaxın əhali məskunlaşıb. Rusiya müsəlmanlarının 30%-dən bir qədər çoxunun yaşadığı bölgədə İslam dini, əsasən, şərq hissədə yayılıb. Çeçenistan, Dağıstan və İnquşetiya əhalisinin 90%-dan çoxu müsəlmandır. Osetinlərin isə əksəriyyəti Xristianlığa, az hissəsi İslam dininə etiqad edir. Bu bölgə Avropa ilə Asiyanın, eləcə də fərqli din və mədəniyyətlərin qovuşduğu regiondur. Bölgə coğrafi baxımdan bütöv götürülsə də, siyasi, sosial, mədəni və xüsusilə tarixi inkişaf baxımından xeyli fərqlənir. Qərb mədəniyyəti ilə Şərq mədəniyyətinin, o cümlədən İslam və Xristianlığın sərhədləri buradan keçməkdədir. Eyni zamanda, Rusiyanın Yaxın Şərqə və Aralıq dənizinə yolu buradan keçir. Bütün bunlar bölgənin həm də geosiyasi önəmini artırır.

Azərbaycandakı dövlət-din münasibətləri modeli, xalqımızın multikulturalizm və tolerantlıq keyfiyyətləri bütün bölgə üçün nümunə kimi qəbul oluna bilər. Burada Qafqaz Müsəlmanları İdarəsinin, xüsusilə onun sədri 55 Allahşükür Paşazadə həzrətlərinin də rolu xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Şimali Qafqaz müsəlmanları arasında da çox böyük nüfuza malik olan Şeyxülislam, ümumilikdə, bölgə xalqlarının hər zaman sülh və əmin-amanlıq şəraitində birgəyaşayışına böyük töhfələr vermişdir. SSRİ süquta uğradıqdan sonra yaradılmış Qafqaz Xalqları Ali Dini Şurasına 1992-ci ildən Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etməsi faktı uzun illər ərzində formalaşmış etimadın göstəricisi olmaqla yanaşı, Azərbaycandakı dövlət-din münasibətləri modelinin bütün Qafqaz xalqları üçün istiqamətləndirici önəmini göstərir. Azərbaycan xalqı Qafqaz regionunda həmişə öz etibarlılığı və sülhsevərliliyi ilə seçilmişdir. 2011-ci il may ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul edərkən bu məqamı xüsusi vurğulamışdır: “...Əsrlər boyu xalqlarımız arasında həmişə dostluq, qardaşlıq, qarşılıqlı dəstək, qarşılıqlı kömək münasibətləri olmuşdur. Mən şadam ki, bu gün bu münasibətlər davam edir, inkişaf edir və sizin ölkəmizə tez-tez səfərləriniz, eləcə də bizim möhtərəm şeyxin Şimali Qafqaz respublikalarına səfərləri, Şimali Qafqaz respublikalarının rəhbərləri ilə onun görüşləri ölkəmizdə çox yüksək qiymətləndirilir. Qafqaz bizim ümumi evimizdir, bu, böyük bir ailə, vahid orqanizmdir. Etimad tədbirlərini gücləndirmək, Qafqazda sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər üzərində işləmək çox vacibdir. Biz bunu edə bilərik və öz tərəfimizdən bizim regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da töhfə verəcəyik. Hesab edirəm ki, burada əsas amil məhz Yer kürəsinin Qafqaz kimi gözəl guşəsində məskunlaşan bütün xalqlar arasında münasibətlərdir” . Mütəxəssislər hazırda dünyada yeni dünya nizamı formalaşması barədə tez-tez danışırlar. Çoxqütblü dünya sisteminin formalaşması prosesi artıq getməkdədir. Bu tendensiya, heç şübhəsiz,Qafqaz regionundan da yan keçməyəcəkdir. Hadisələrin gələcək inkişafı yeni reallıqlardan – kimin hansı qütbdə təmsil olunmasından çox asılı olacaqdır. Belə ki, din fenomeni ilə bağlı bir çox hadisə, proses, düşüncə və münasibətlər transmilli səciyyə daşıdığından, Qafqaz regionunda dini durumla bağlı hadisələrin perspektivi böyük dövlətlərin, regional və beynəlxalq təşkilatların, ittifaqların güc mübarizəsinin nəticələrindən, eləcə də cəmiyyətdaxili proseslərdən xeyli asılıdır. Bütün hallarda “barıt çəlləyi” kimi xarakterizə olunan Şimali Qafqazda isə bu proseslərin daha təlatümlü və nisbətən çətin cərəyan edəcəyi riski qalmaqdadır.


Ölkəmizdə tarixən nümunəvi məzhəblərarası münasibətlər olmuş, məzhəb ayrı-seçkiliyi zəminində əhali arasında ciddi qarşıdurma baş verməmişdir. Bəzi bölgələrdə buna cəhdlər olsa da, uğursuzluqla nəticələnmişdir. Ölkəmizin bir çox müsəlman ölkəsindən fərqi ondan ibarətdir ki, əhalisinin 96 faizi müsəlman olan Azərbaycanda iki ənənəvi İslam məzhəbi (şiəlik və sünnilik) daşıyıcılarının çoxluğu bir-birinə yaxın faiz nisbətindədir (təqribən, 60-65 % şiə və 40- 35 % sünni). Dünyada çox az müsəlman ölkəsində bu nümunəni görmək mümkündür. Bir çox İslam ölkəsində bu və ya digər məzhəb üstünlük təşkil etməkdə, bütün dini ayinlər həmin məzhəbə uyğun icra olunmaqdadır. Azərbaycanda isə tarixən qardaşlıq və həmrəylik hökm sürmüş, şiə və sünnilər İslam şüuru ilə birgəyaşayış nümunəsi ortaya qoymuşlar. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra bir çox sosial-iqtisadi çətinliklə üzləşmişdir. Ölkə idarəçiliyində səriştəsizlik və xaos hökm sürdüyü bir vaxtda, məzhəb ayrı-seçkiliyində maraqlı olan xarici dairələr, xaricə bağlı dini qruplaşmalar aktivlik göstərməyə başlamışlar. Onlar humanitar yardımlar və məscid tikintisi adı altında ölkəmizə ayaq açmaqla məzhəb ayrı-seçkiliyinə yönəlmiş fəaliyyətin əsasını qoymuşlar. Xalqımızın sahib olduğu milli və dini həmrəylik ölkədə məqsədyönlü şəkildə fəaliyyət göstərən, açıq-aşkar xarici dairələrin maddi və siyasi dəstəyini alan bu qruplaşmaların fəaliyyətinin dərinləşməsinə imkan verməsə də, Azərbaycan üçün məzhəb ayrıseçkiliyi müstəvisində ciddi təhdid formalaşdırdı. Bir məsələni də vurğulamaq lazımdır ki, yuxarıda qeyd edilən cərəyanların yaranması və təşəkkülü birmənalı şəkildə siyasi faktorlarla əlaqəlidir. Aparılmış təhlillərə əsasən, ölkəmizdə qeyri-ənənəvi fəaliyyət göstərmək istəyən bu kimi cərəyanların dini-mənəvi çağırışlarından daha çox siyasi gözlənti və iqtisadi maraqlar vardır. Məhz bu səbəbdən hazırda məzhəb ayrı-seçkiliyini dinin siyasiləşdirilməsi prosesinin tərkib hissəsi kimi qiymətləndirə bilərik. Hər bir müsəlman üçün müqəddəs hesab edilən Qurani-Kərim və hədislər, tarixi-dini şəxsiyyətlərin kəlamları və digər dini motivli çağırışlar həmin qüvvələr tərəfindən kontekstdən çıxarılaraq birbaşa dinin siyasiləşdirilməsinə yönəlir. Dinin siyasiləşdirilməsi nəticəsində isə aşağıda təsbit edilən bir sıra neqativ tendensiyalar ortaya çıxır:
a) Konstitusiya quruluşu və dövlətçilik ənənələrinin zəiflədilməsi. Dinin siyasiləşdirilməsi dünyəvi dövlət modeli ilə idarə olunan ölkələr üçün təhlükəli tendensiya formalaşdırır. Belə ki, dini siyasiləşdirməyə cəhd edən qüvvələrin yekun hədəfi dünyəvi dövlət quruluşunu aradan qaldırmaq və şəriət dövləti qurmaqdır. Məhz bu məqsədlə dini siyasiləşdirən dairələr sistemli şəkildə dövlətçiliyin zəiflədilməsi, qanunların icrasına maneçiliyin törədilməsi və əhali arasında dünyəvi dövlətə etimadsızlığın gücləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirirlər.
b) İctimai-siyasi sabitlik və əmin-amanlığın pozulması. Dünyəvi dövlətlərdə dinin siyasiləşdirilməsi birmənalı şəkildə ictimaisiyasi sabitliyin pozulmasına hesablanmış və böyük qarşıdurma, qanlı toqquşmalarla nəticələnəcək ağır prosesin ilkin mərhələsidir. Təhlillər göstərir ki, dini duyğulardan istifadə edərək, siyasi uğur qazanmağa çalışmaq həmin cəmiyyətlər üçün yaxşı heç nə vəd etmir.
c) Dini-mənəvi dəyərlərin istismarı. Dinin siyasiləşdirilməsi nəticəsində insanlar arasında müqəddəs və toxunulmaz hesab edilən dəyərlər, belə demək mümkündürsə, şəxsi və qrup mənfəətləri üçün 79 istifadə olunur. Siyasətin özünəməxsus prinsipləri olduğu kimi, dinin də ali dəyərləri mövcuddur. Bu iki anlayışı bir-biri ilə əlaqələndirmək dini-mənəvi dəyərlərin istismarı ilə nəticələnir. Məscid minbərindən siyasi çağırışlar etmək də, siyasət tribunasında dini şüarlar səsləndirmək də eyni dərəcədə təhlükəli və yolverilməz tendensiyadır.
d) Dini radikalizm və ekstremizmin güclənməsi. Dünyada dinin siyasiləşdirilməsinə cəhdlər olan ölkələrin təcrübəsi göstərir ki, bu ənənə, sadəcə, çağırış və şüarlarla yekunlaşmır. Dinin siyasiləşdirilməsinin ikinci mərhələsi radikalizm və ekstremizmin kəskin formada təzahürü ilə nəticələnir. Öz məqsədlərinə nail olmaq istəyən qüvvələr ictimai-siyasi sabitliyi və əmin-amanlığı pozmaq üçün radikallaşaraq, ekstremist addımlar atır, hətta silahlı mübarizə vasitəsindən də istifadə edirlər.
e) Məzhəbçilik meyillərinin artması. Əhalisinin mütləq əksəriyyəti eyni məzhəbə mənsub olan ölkələrdə məzhəbçilik meyilləri güclü olmasa da, hər iki məzhəb nümayəndələrinin yaşadığı ölkələr üçün bu proses xarakterikdir. Dinin siyasiləşdirilməsi hər bir ənənəvi məzhəb daxilində olan radikal qüvvələr tərəfindən fərqli şəkildə başa düşülür. Yəni hər bir məzhəbin “siyasi İslama” öz baxışı var. Məhz buna görə də siyasiləşmə prosesi nəticəsində digər məzhəblərə qarşı da aqressivlik və ayrı-seçkilik nümayiş etdirilir. Göründüyü kimi, dinin siyasiləşdirilməsi prosesi həmin prosesə məruz qalan cəmiyyət üçün yaxşı heç nə vəd etmir. Dinlə bağlı mövcud olan və bəşəriyyəti narahat edən məsələlərin kökündə məhz dinin siyasiləşdirilməsi dayanır. Tarixin acı təcrübəsi və gələcəklə bağlı aparılan genişmiqyaslı təhlillər deməyə əsas verir ki, dünyada dinin siyasiləşdirilməsinə qarşı kompleks və düşünülmüş mübarizə aparılmalıdır. Hər hansı ölkədə ictimai-siyasi sabitliyi pozmaq və yaxud siyasi çevriliş etmək istəyən qüvvələr dinin siyasiləşdirilməsi metodundan istifadədən çəkinməlidirlər. Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edir. Bu baxımdan informasiya-kommunikasiya texnologiyalarının inkişafı və qlobal informasiya cəmiyyətinin formalaşması, həmçinin milli və beynəlxalq təhlükəsizliyə yeni çağırışlar yaradır. İnformasiya təhlükəsizliyi müasir beynəlxalq münasibətlərin əsas problemlərindən birinə çevrilir. Dövlətin mövcudluğu üçün zəruri olan təhlükəsizlik və milli maraqlar bir-birini tamamlayan əsas faktorlardır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli maraqlar təmin edilə bilməz. Geniş mənada təhlükəsizlik ölkənin, millətin, xalqın və nəhayət, hər bir vətəndaşın fəaliyyətinin, yaşam tərzinin təməl daşıdır, sabitliyin qarantıdır. Milli, iqtisadi, hərbi siyasətin əsas məqsədi sabitliyin təmin olunması, təhlükəsizlik mühitinin yaradılmasıdır. İnsanlarda milli şüur və siyasi şüurun formalaşması, qədim ənənələrin bu günə daşınması onun inkişafının mühüm amillərindəndir. Bu yöndə ideoloji təbliğatın aparılması və zəruri informasiya mühitinin yaradılması da böyük əhəmiyyət kəsb edir. Qloballaşan dünyada informasiya texnologiyalarının yaratdığı imkanlardan sui-istifadə etməklə cinayətin yeni növləri yaranır, dövlətin ərazi bütövlüyü ilə bağlı məlumatlar təhrif edilir, terrorizm 101 ideologiyasının təbliği və terror aktlarının planlaşdırılması üçün internet şəbəkəsindən fəal istifadə olunur. Din və dinlə bağlı istənilən informasiya insanların həssaslıqla yanaşdıqları və bir çox hallarda fanatikcəsinə qarşılıq verdikləri məqamlardan biridir. Son dövrlər internetin fəaliyyəti müxtəlif sosial şəbəkə platformaları ilə daha da əlçatan, praktik və effektli olub. Artıq bu platformalarda dinlə bağlı informasiyalar ənənəvi KİV-dən fərqli olaraq geniş auditoriyaya daha sürətli yayılır. Çox təəssüf ki, İslam dünyasında ictimai-siyasi durum, dini siyasi alətə çevirmək cəhdləri, təriqətlər, cərəyanlar və məzhəblərarası savaşlar dini maarifsizlik səbəbindən qeyri-sabitdir. Müasir dövrdə İraq və Suriya ilə yanaşı, Yəmən, Liviya, Əfqanıstan, Somali, Sudan, Nigeriya və digər ölkələrdə cərəyan edən vətəndaş müharibələri nəticəsində vəhşiliyin və zorakılığın tüğyan etdiyini, minlərlə günahsız müsəlmanın qətlə yetirildiyini, məsum körpələrin yetim qaldığını müşahidə etməkdəyik. Aclıq, səfalət, xaosun hökm sürdüyü bu ölkələrdə eyni millətin nümayəndələri arasında ixtilaf salınmasında xarizmatik ruhani liderlər ətrafında birləşən lokal qruplar və dini cərəyanlardan istifadə edilməkdədir. Belə ki, cərəyan üzvləri əvvəlcə özlərinin qapalı qruplarına, azsaylı tərəfdarlarına alternativ sosialdini layihələri (məsələn, ailədən üz döndərmək, cəmiyyətlə əlaqəni kəsmək, təhsildən, tibbi yardımdan, elmi-texnoloji nailiyyətlərdən imtina etmək, sivil dünyadan ayrılmaq və s.) həyata keçirməyi tapşırırlar. Nəticədə, dünyanın müxtəlif bölgələrindən bu təşkilatlara cəlb edilən şəxslər mövcud sosial-siyasi vəziyyətə mənfi münasibət bəsləyir, müxalif mövqedə durur, sosial problemlərin tez və qısa həllinə çalışaraq, “xoşbəxt gələcək” qurmaq vədi ilə münaqişələrə cəlb edilirlər. Zaman keçdikcə bu qruplara mühafizəkar, ənənəçi ideyaları birləşdirən şəxslər də birləşir və onlar da irimiqyaslı sosial təlatümlərə, siyasi etirazlara cəlb olunurlar.
Nəticə
Din tarix boyu çox güclü sosial tənzimləmə vasitəsi, əxlaqi ənənələrin mühafizəçisi olmuşdur. Bu, dinin sosial xarakterinin açıq göstəricisidir. Hər bir cəmiyyətdə mədəniyyətindən gündəlik həyatına, iqtisadi nizamından sosial quruluşuna, ailə həyatından əxlaqi dəyərlərinədək həyatın bütün sahələrində dinin mövcudluğu hiss olunmaqdadır. İnsanın həyatında dinin təsiri o qədər geniş və dərindir ki, dünyaya gələn uşağa ad qoyulmasından vəfatınadək bütün mərhələlərdə dinin yerini görmək mümkündür. Dini sosial fakt kimi düşünsək, cəmiyyətdə bu qədər geniş yayılmış ikinci təsir vasitəsi görmək mümkün deyildir. Dinin, eyni zamanda təşəkkül prosesində də mühüm rol oynamasına dair dünya praktikasında nümunələr mövcuddur. İslam dininin Azərbaycanda vahid xalqın və dilin təşəkkülünə güclü təkanverici təsir göstərməsini qeyd etmək olar. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə təsir göstərdi.

Ədəbiyyat
www.wikipedia.az
www.anl.az
Elmi-köməkçi biblioqrafiya /tərt. ed. M.Cəfərova; elmi red. K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2017.- 680 s.
‘‘ Din və ideoloji təhlükəsizlik’’ kitabı
Müəlliflər.
Səyavuş Heydərov
Asəf Qənbərov
Anar Qafarov


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin