117
Nail elə məramıma şəmi-şəb səadətim,
Şirüvi damə saldılar ləşkəri Kufiyan, Hüseyn!
Ey atamın nişanəsi, pərçəmin
oldu sərnigun,
Düşmənim həddən keçib, cismim olubdu qərqi-
xun,
Başımı istəyir kəsə ləşkər pəstü-rəzilü-dun,
Gəl kəsə başımı ədu məqdəminə inan, Hüseyn!
Qan düzülüb dodağıma ey gözümün ziyası, gəl,
Başımın hər qədər ola xoşdu bu ibtilası gəl,
Qardaşının bu vəqtidə ərşə yetir nəvası gəl,
Qoyma qəmində qızları eyləllər fəğan, Hüseyn!
Düşcək üqabidən yerə dövrəmi aldı Kufiyan,
Aldı araya nə`şimi bir neçə din evin yıxan,
Şiri-Xida nişanə səni
oxlara olmuşam nişan,
Sındı əmudilə başım cari olubdu qan, Hüseyn!
Qızları qoyma xeymədə çox gələ ahü-şivənə,
Başın üstə çox gülür, düşmənim əl çalır mənə,
Başımın
üstə tez yetiş, çoxdu sözüm deyim sənə,
Şahidim olar qollarım, vermişəm imtahan,
Hüseyn!