25
Ey Yusifi azad eliyən bənde-bəladan
1
,
Zəncirin açıb Misirdə sultan edən Allah!
Hər hacəti-şər`iyyələri
2
eylə bəravərd
3
,
Sənsən hamı nöqsanları cübran
4
edən Allah!
Ey həzrəti-Yə`qubu edən qüssədən azad,
Qomgəştəsini
5
varide-Kənan edən Allah!
Öz rəhmət ayından bizi gəl etmə peşiman,
Ey atəşe-Nəmrudu gülüstan edən Allah!
Yağdır bizə rəhmət yağışın əbre-səxadən,
Ey şəbnəmilə qönçəni xəndan edən Allah!
Qapılar açılıb bu gecələr name-Hüseynə,
Məqbul elədi gözləri giryan edən Allah!
Əfv eylə Kərimidə olan cürm və günahı,
Ey Hürrü xətasında pəşiman edən Allah!
Dostları ilə paylaş: