MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə9/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   5   6   7   8   9   10   11   12   ...   96
MƏRSİYƏLƏR (1)

Güftarə gəlmişəm 
Hər eşqi başdan atmışam inkara gəlmişəm, 
Hər bəhsi, qurtarıb səre-göftara gəlmişəm
Mən bir yetim ki, çox qapılardan qovulmuşam, 
Pak olmaq istərəm bu nəməkzar. gəlmişəm. 
Bildim sənin kəramətin ey şahi-tacidar


29 
Oldum cəri, günah eylədim həqqə bi-şümar, 
Düzdür ki, biləyaqətəm, amma bu qədər var
Dərgahi baləyaqəti-əthara gəlmişəm. 
Ey haqq yolunda bəzl eləyən başü canını, 
Vey paye nəxle-dinə tökən pak qanını, 
Ey naümid etməyən öz saribanını, 
Dərgahüvə əlim boş, üzüm qara gəlmişəm. 
Eşq cazibəsi 
Biz aşiqe-divaneyi-mümtaze Hüseynik, 
İrad eləmə bizlərə sərbaze-Hüseynik. 
Sidqilə yapış həzrəte Əbbas ələmindən, 
Rədd eyləsə möhtacı uzaqdır kərəmindən. 
Bidin deyilik tərk eliyək nadə Əlini, 
Qur`anı tutub boşlayaq övlade-Əlini. 
Qur`anı sərəfraz eliyən xuni-Hüseyndir, 
Qur`anə qəsəm name-Hüseyn zinəti-dindir. 
Həsrətlə vurub sinəyə qara geyərik biz, 
Hər mahi-məhərrəmdə“Hüseyn vay!” deyərik 
biz. 
Xoş halına hər kəs ola vabəstə Hüseynə,
Etsə özünü nökəre-şayəstə Hüseynə. 
Hər dərdin ola ərz elə dərmanı Hüseyndir, 
Hər çarəsizə çarə,Hüseyn canı,Hüseyndir. Hər 
kəs bilə bu ağlamağı dinidə bidət, 
Qəlbində onun yoxdu yəqin mehre-vilayət. 
Mə`nadə Hüseynə hamı cinnü bəşər ağlar, 
Zahirdə vəli şiyeyi-isna-əşər ağlar. 
İxlas ilə tut daməne-şahi şühədadən


30 
Qurtar özünü məhləkeyi ruzi-cəzadən. 
Məhşərdə şəfaət edən insana Hüseyndir, 
Çün qasim olan nur ilə nirana Hüseyndir. 
Asilərə bil şafe-i üsyan Hüseyndir, 
Biçarələrin dərdinə dərman Hüseyndir. 
Gər həşrə qədəm qoymasa salare-şəhidan, 
Olmaz bu gunahkarlarin dərdınə dərman. 
Bir gün gələcək məhşərə Əsğər qucağında,
Əldə yaralı başı, qızıl qan dodağında. 
“Ya həqq” gələcək peykərinin hər yarasından, 
Qanı axacaq başdakı xəncər yarasından. 
Hər yerdə Hüseynə quralar məclisi-matəm, 
Zəhra gələr ol məclisə bişübhə müsəlləm. 
Batində bu göz yaşları bir dürre-səmindir, 
Bazare-qiyamətdə xəridarı Hüseyndir. 
Bu ağlamaq izhari əlayiqdi Hüseynə, 
Biz neyliyək Allah özü aşiqdi Hüseynə. 
Bir qətrə Hüseynə edəsən göz yaşı cari, 
Təqsirun əgər olsa keçər həzrəti Bari. 
Ey müştəri raicdi bu bazaridə təqva
Bu mətləbi lazımdı əzadaridə təqva. 
Dəstgahe-Hüseynin hamısı dinə sipərdi, 
Bağ fərz eləsək dini bu o bağa çəpərdi. 
Bu cəmi-siyəhpuş əzadari Hüseyni, 
Manəndi çəpər saxlayacaq hasili dini. 
Ta dinimizin əsli nigahbanı gəlincə, 
Qur`anımızın mücriyi fərmanı gəlincə. 
Bu qarə ələmlər hamısı pərçəme-dindir, 
Asari-Əbulfəzli ələmdari-Hüseyndir. 
Hər kim buna tohin edə sui ədəbindən, 
Qorxsun gərək Əbbasi-Əlinin qəzəbindən. 
Təhqir ilə hər kəs baxa bu pərçəmi dinə


31 
Şümr ilə müsavidi, qəsəm cane Hüseynə! 
Bir məktəbe din açdı Hüseyn Kərbübəlada, 
Himmət kəmərin bağladı islahe fəsada, 
Bir nehzəte-xunin eliyib dini ucaltdı. 
Batilləri mənkub eliyib məqsədə çatdı, 
Həqq üstə qəfadən başını kəsdilər ətşan. 
Baş nizə başında yaralı başladı Qur`an, 
Ey şahe-qəfadan kəsilən başuvə qurban! 
Din üstə ölən oğluva qardaşuva qurban! 
Həqdən yetişən rütbəyi-mümtazına qurban! 
Neydə danışan başıva-e`cazına qurban! 
Inkar edən e`cazivi ey əshabe e`caz, 
Bir iddə bəhayimdi ki insanə qarışmaz. 
Ünvan eləyiblər ki, kəsik baş danışanmaz, 
Şəqqül-qəmərin münkiri e`cazə inanmaz. 
Həqq üstə ölən zindədi əz ruye həqiqət
Ayate “limən yüqtəli” get eylə tilavət. 
Ey nizədə kəhf ayəsin irad eləyən baş, 
Həqq dinə məsihiləri irşad eləyən baş. 
Eylə bizədə bir güşəye çeşmilə nəzarə, 
Səndəndi günahkarların dərdinə çarə. 
Məhşərdə Xudadən sizə var izne-şəfaət, 
Siz gəlmiyəsiz ümmətə yox rahe səadət. 
Xilqətdə tüfeylidi sizə ma xələqəllah, 
Sən vasitə ol ta bizi əfv eyləsin Allah.
Qoydun başıvı bir gecə kül üstünə yatdın, 
Bir ömür vəli şiələrin başın ucaltdın. 
Dünya nə qədər var bilirik zindədi namın, 
Məscidlərə minbərlərə zibəndədi namın. 
Şeşguşə məzarın bizə firdovsi-ə`ladır, 
Qurban o gözəl türbətə ki, xake-şəfadır. 
Züvvar gələndə vətənə kərbu-bəladən, 


32 
Tohfə gətirərdi bizə o xaki-şəfadən. 
Baxdıqca o möhrə səni biz yadə salardıq, 
Ətrin o gözəl xake-müqəddəsdən alardıq. 
Hərdən çevirən vəqtidə üz qibleyi-razə, 
Şövq ilə qoyardıq onu biz cayi-namazə. 
Müddətdi vəli sinəmizi dağlı qoyubsan, 
Züvvarivə şaha yolivi bağlı qoyubsan. 
Indi yeri var kasəye-del qanilə dolsun, 
Az qaldı ki, evlərdən o türbət də qurtulsun. 
Göz yaşları şaha, nə qədər arizə axsın? 
Züvvar desin ey vay Hüseyn vay,yola baxsın? 
Aç yollarivi bağlı qalan yollara qurban, 
Eşqində su üstə kəsilən qollara qurban. 
Bir ömür bizə maye-ye həsrətdi fərağın, 
Olmur bizə qismət o gözəl səhnü rəvaqun. 
Bir ömür Kərimi üzə əşkin ələr ağlar, 
Gər ölməsə bir vəqfə o qəbrə gələr ağlar. 
Mən fəxr edirəm xadime-dərbare-Hüseynəm, 
Dünyayə gələn gündən əzadare-Hüseynəm. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin