163
Zimnitski sınağı böyrək xəstəlikıərində aparılan ən dəqiq sınaqlardan biridir.
Bunun üçün sutkalıq sidik hər 3 saatdan bir yığılır.Yığılmış sidiyin xüsusi çəkisi,gecə
və gündüz sidiyinin fərqi və sutkalıq sidiyin miqdarı təyin edilir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı” 2008 səh 267
573. Qastroenterit zamanı mədənin yuyulmasında məqsəd nədir?
A) Mədənin funksiyasını normallaşdırmaq
B) Bağırsağın funksiyasını normallaşdırmaq
C) Toksinin bədəndən xaric edilməsi
D) Ağrını azaltmaq
E)
Köpü azaltmaq
Qastroenterit mədə və nazik bağırsağın müştərək iltihabı olub, müxtəlif
zəhərlənmələr nəticəsində əmələ gəlir. Bu zaman mədənin yuyulmasında məqsəd
toksini bədəndən tez xaric etməkdir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı”2008 səh 88
Dostları ilə paylaş: