37
3.
Damcı şəklində damızdırmaq
4.
Dilin altına qoymaq
5.
Sürtmək
6.
Dəri içinə
yeritmək
A) 4,6
B) 1,4
C) 2,6
D) 3,5
E) 2,4
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində
işlədilməsi nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi
dərmanların daxilə tətbiq üsuluna aiddir.
Ədəbiyyat:
C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ”Bakı
1998 .
127. Hansı halda tibb bacısı xəstəyə qızdırıcı kompress qoymalıdır?
A) Dəridə allergik səpgilər
olduqda
B) Yüksək qızdırma olduqda
C) Yerli irinli proseslər olduqda
D) İnyeksiyadan sonra
infiltrat olduqda
E) Dərinin tamlığı pozulduqda
İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan
damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını
artırır, venoz stazı aradan qaldırır və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona
görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici kompresin qoyuluşu göstəriş,
sadalanan digər hallarda isə əks- göstəriş sayılır. Ədəbiyyat: C.N. Hacıyev ;
R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998 .
128.Xəstəyə xardal yaxması qoyarkən tibb bacısı aşağıda göstərilənlərdən
hansını düz etmir?
A) Xardal kağızını götürdükdən sonra dərini ilıq suda isladılmış dəsmalla silir
B) Xardal qoyulacaq nahiyənin üstünü açır
C) Xardal kağızını 5-15 dəqiqə xəstənin bədənində saxlayır
D) Xardal kağızının üstünü dəsmalla örtüb, xəstəni yorğana bürüyür
E) Tibb bacısı xardal kağızını soyuq suda isladıb, xəstənin bədəninə qoyur
Xardalın müalicəvi təsiri onun tərkibində olan efir-xardal yağı ilə izah olunur. Bu
yağ ancaq 40-45 dərəcə temperaturlu suda xardaldan ayrılaraq dərini qıcıqlandırır
və damarları genişləndirir, nəticədə həmin nahiyəyə qan axını güclənir, orada qan və
limfa dövranı yaxşılaşır, yerli toxumaların müqaviməti güclənir. Lakin xardalı soyuq
suda islatdıqda xardal efiri ayrılmır və xardalla müalicə heç bir effekt vermir.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ”
Bakı 1998.