Rayonlar üzrə yaşayış məskənlərində təbii qaza tələbatın hesablanması Yaşayış məskənlərində yerləşən sənaye, kommunal-məişət,
ictimai iaşə və digər obyektlərin təbii qaza olan illik tələbatı rayonda
əhalinin sayı, sənaye obyektlərinin sayı, istehsal müəssisələrinin
ümumi gücü, kommunal-məişət obyektlərinin sayı, rayonun iqlim
şəraiti və inkişafı proqnozu nəzərə alınaraq hesablanmalıdır. Bunun
üçün birinci növbədə Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər
Nazirliyi, həmçinin yerli rayon icra hakimiyyətinə müraciət edib
sənədləşdirmə işlərinə başlanılmalıdır. Bunlarla yanaşı əhalinin bir
nəfəri üçün otaq şəraitində yemək bişirmək, yeməyi qızdırmaq, sanitar-
gigiyena məqsədləri, həmçinin otağın həcmi və konstruksiyasını nəzərə
almaqla isidilmə üçün qaza olan tələbat hesablanmalıdır.
Hesablanmış qaz sərfi normaları hər bir kateqoriyalı qaz
istehlakçısı üçün qazın illik sərfi, obyektlərin perspektiv inkişafı
(10 il üçün) nəzərə alınaraq hesabat dövrünün axırına təyin edilməlidir.
Yaşayış evləri, məişət xidməti müəssisələri, ictimai iaşə
obyektləri, çörək və şirniyyat məhsulları istehsal edən müəssisələr
(şirkətlər, məhdud məsuliyyətli cəmiyyətlər, digər hüquqi və fiziki
şəxslərə məxsus), həmçinin səhiyyə müəssisələri üçün illik qaz sərfi
AzDTN 2.13-1-də verilmiş qaz sərfi normalarına əsasən təyin
edilməlidir.
Yaşayış binalarının, əhaliyə məişət xidməti müəssisələri, ictimai-
iaşə obyektləri, çörək və şirniyyat məhsulları istehsal edən müəssisələr,
həmçinin səhiyyə müəssisələri üçün tələb olunan istilik sərfi aşağıda
göstərilmişdir.
113
Qaz istehlakçıları
Qaz istehlakı
göstəriciləri
İstilik sərfi
normaları,
MC (min kkal)