Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi


Fəsil IV. Şəhərlərin, qəsəbələrin və kənd məskənlərinin qaz



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə41/147
tarix01.08.2023
ölçüsü12,82 Mb.
#138220
1   ...   37   38   39   40   41   42   43   44   ...   147
Qаz хiDM T S N n sоr u kitаbi

Fəsil IV. Şəhərlərin, qəsəbələrin və kənd məskənlərinin qaz 
təsərrüfatı 
Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məskənlərinin qaz 
təsərrüfatı ən mürəkkəb və məsul sahələrdən ibarət olmaqla insanların 
mənzil-kommunal şəraitində ən sərfəli yanacaq növü olan qazdan 
istifadə etməsidir. Təbii qaz əlverişli, çevik, ağ neft, elektrik enerjisi və 
digər yanacaq növlərindən 5 dəfə ucuz, ekoloji baxımdan atmosferi 
çirkləndirən tullantıları minimum olduğundan sənaye, kommunal, 
ictimai, məişət obyektlərində texnoloji və yanacaq məhsulu kimi 
istifadə edilir. 
Qaz təchizatı qaz təsərrüfatı müəssisələri tərəfindən həyata 
keçirilir. Qaz təsərrüfatı Azərbaycan Respublikası Prezidentinin
Fərmanı ilə xüsusi yaradılmış dövlət qurumu tərəfindən hüquqi-
normativ sənədlər əsasında tənzimlənir. Bu hüquqi-normativ sənədlərə 
"Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Texniki 
təhlükəsizlik haqqında", "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan 
Respublikasının Qanunları, Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq 
olunmuş "Qazdan istifadə Qaydaları", Azərbaycan Respublikasının 
Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 nömrəli Qərarı ilə 
təsdiq olunmuş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik 
tədbirləri Qaydaları", Azərbaycan Respublikasının Dövlət Şəhərsalma 
və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş "AzDTN 2.13-1.
Qaz təchizatı. Layihələndirmə normaları" və "AzDTN 2.9-2. Magistral 
boru kəmərləri. Layihələndirmə normaları", "Qaz təsərrüfatında texniki 
təhlükəsizlik Qaydaları", "Qaz təsərrüfatında texniki istismar 
Qaydaları", "Magistarl qaz kəmərlərinin istismarında texniki 
təhlükəsizlik Qaydaları", Azərbaycan Respublikası Standartlaşdırma, 
metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azərbaycan 
Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin 
Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, 
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət 
Qaz Nəzarəti İdarəsinin, Azərbaycan Respublikası Dövlət Neft 
Şirkətinin müvafiq qərarları və əmrləri, Azərbaycan Respublikası 
Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin əmr və 
təlimatları, digər normativ sənədlər aiddir. Qeyd etmək lazımdır ki, 
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Azərbaycan 


112 
Respublikası ərazisində istifadəsinə icazə verilmiş digər normativ-
texniki sənədlərin tələbləri də nəzərə alınmalıdır. Buna misal olaraq 
yanacaq kimi istifadə olunan təbii qaz QOST 5542-87 və QOST 20448 
standartları, həmçinin SSRİ “Dövlətdağtexnəzarət” tərəfindən 26 iyun 
1979-cu il tarixdə təsdiq olunmuş "Qaz təsərrüfatında təhlükəsizlik 
Qaydaları" ("Правила безопасности в газовом хозйстве"), SSRİ 
Dövlət Tikinti Komitəsi tərəfindən 17 mart 1988-ci il tarixdə təsdiq 
olunmuş və dəyişikliklər edilmiş "TNvəQ 3.05.02-88*. Qaz təchizatı" 
("СНиП 3.05.02-88*. Газоснабжение") və s. 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin