130
Bütün hallarda sistem üçün ən yaxşı variant seçilməlidir. Elə
variant seçilməlidir ki, texniki-iqtisadi göstəricilər, etibarlıq, texnoloji
üstünlük, səmərəlilik və təhlükəsizlik təmin olunsun.
Qaz təchizatı sisteminin texnoloji üstünlüyü istehlakçıları tələb
olunan miqdarda təbii qazla və onun işlədilməsi üçün ən əlverişli
(optimal) təzyiq rejimlərinin təmin olunması başlıca cəhətdir və
bununla
qiymətləndirilir.
Qaz
təchizatı
sistemlərinə kapital
qoyuluşunun ödəmə müddəti 10-12 il həcmində qəbul edilir. Ən sadə
qaz təchizatı sistemi bir QTM-dən bir pilləli sistemdir. Bu sistem
dalan, dairəvi və qarışıq ola bilər. QPS-dən orta və yaxud yüksək
təzyiqli şəbəkə üzrə çıxan qaz şəhər ərazisindəki QTM-nə ayrılıqda isə
iri həcmli qaz istehlakçılarına verilir. QTM-də təzyiqi aşağı endirilən
qaz isə aşağı təzyiqli şəbəkə üzrə kommunal-məişət istehlakçılarına
verilir. Yüksək təzyiqli qaz kəmərlərindən qazın ən yuxarı pillə ilə
paylanması sistemi akkumulyasiya imkanlarının daha artıq olmalarına
görə orta qaz kəmərlərindən etibarlıdır. Ona görə də yüksək təzyiqli
qaz kəmərləri yerləşdirilməsinə yol verilən küçə keçidli şəhərlərdə
yüksək təzyiqli qaz kəmərinin birinci pilləsindən sonra iki pilləli
sistemin tətbiq edilməsi tövsiyə edilir. Böyük miqdarda sənaye qaz
istehlakçıları olan, həm də bu müəssisələrin yaşayış massivləri
yerləşdiyi iri sənaye şəhərlərində üç və daha çox pilləli qaz paylayıcı
sistemlərin quraşdırılması da məqsədə uyğun olardı.
Dostları ilə paylaş: