150
qаz burахılışı оlduqdа bеlə оnu qаzlа
qаynаq üsulu ilə və yахud
çəkiclə döyməklə bərpа еtmək yоl vеrilməzdir.
Tikintisi başa çatmış şəhər qaz kəmərlərinin və avadanlıqlarının
istismara qəbul edilməsi
Tikinti işləri tam başa çatdıqdan sonra sifarişçinin təşəbbüsü və
onun nümayəndəsinin sədrliyi ilə podrat təşkilatın, layihə təşkilatının,
aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
müvafiq struktur bölməsinin, Dövlət Qaz Nəzarəti İdarəsinin,
digər
dövlət orqanlarının nümayəndələrinin daxil olduğu işçi qəbul
komissiyası yaradılır. Podrat təşkilat razılaşdırılmış, təsdiq olunmuş və
qeydiyyatdan keçmiş layihə sənədlərini, obyektin texniki-icra
sənədlərini (üstü örtülmüş işlərin qəbulu aktları,
qaynaq işlərinin
jurnalı, möhkəmliyə və kipliyə sınaq aktları, sınaq və üfürülmə
təlimatları, istifadə olunmuş materialların sertifikatları, quraşdırılmış
avadanlıqların pasportları, qaynaqçıların sertifikatları, yaxud vəsiqə və
diplomları, qaynaq birləşmələrinin yoxlanılması üzrə laboratoriyanın
protokolları və digər texniki sənədlər) işçi komissiyasına təqdim
edilməlidir. Qeyd etmək vacibdir ki, işçi komissiyasına təqdim edilmiş
texniki-icra sənədləri "AzDTN 2.13-1. Qaz təchizatı. Layihələndirmə
normaları", SSRİ Dövlət Tikinti Komitəsi tərəfindən 17 mart 1988-ci il
tarixdə təsdiq olunmuş "TNvəQ 3.05.02-88*. Qaz təchizatı" ("СНиП
3.05.02-88*. Газоснабжение"), "АzDTN1.6-1*.
Tikinti işlərinin
təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu
Qaydaları” və digər normativ sənədlərin tələblərinə tam cavab
verməlidir. Quraşdırılmış bütün sistemin və avadnlıqların texniki
vəziyyəti, ona birləşmələr, ayrılmalar işçi komissiya üzvləri tərəfindən
diqqətlə yoxlanılmalıdır. Sistemdə lazım gələrsə qaynaq birləşmələri,
izolyasiya örtüyünün, bağlayıcı avadanlıqların, kondensat tutucularının
vəziyyəti, təkrarən sistemdə möhkəmliyə və kipliyə sınaq işlərinin
aparılması tələbi işçi komissiyanın səlahiyyəti daxilindədir. İşçi
komissiya həm də tikintinin qəbulunda NÖC, QPS, QPM ərazilərinin,
otaqlarının işıqlandırılmasını, istilik sisteminin, ildırımdan
mühafizə
qurğusunun, su, rabitə, ventilyasiya sistemlərinin vəziyyətini, normaya
uyğun quraşdırılmasını yoxlamalıdır. Bütün yoxlamaların nəticələri
barədə akt tərtib edilir və bu akt dövlət qəbul komissiyasına təqdim
olunur. Dövlət qəbul komissiyası tərəfindən qəbul edilmiş qaz kəməri,
151
QPS, QPM SSRİ Dövlətdağtexnəzarəti tərəfindən 26 iyun 1979-cu il
tarixdə təsdiq olunmuş "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın
("Правила безопасности в газовом хозяйстве") 9.8-ci bəndinin
tələblərinə əsasən 6 aydan artıq
istismar olunmursa, o zaman qaz
kəməri, QPS, QPM təkrarən möhkəmliyə və kipliyə sınaqdan
keçirilməli, qaz avadanlıqları və nəzarət-ölçü cihazları yenidən
yoxlanılmalıdır. Yeni tikilmiş sistemin odla müşayət olunan qaz
təhlükəli təmir-quraşdırma işləri görülməklə təzyiq altında
olan işlək
sistemə birləşdirilməsi bilavasitə Qaz İstismar Sahəsinin işçi heyyəti
tərəfindən icra olunmalıdır.
Dostları ilə paylaş: