2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Orta əsrlər Azərbaycan fəlsəfəsi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə43/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   39   40   41   42   43   44   45   46   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

4-Orta əsrlər Azərbaycan fəlsəfəsi 
 
Mövcudatda varlıq formalarından birinin digərinə çevrilməsi, yarananın məhv olması, 
köhnənin yenini əvəzləməsi labüdlüyünün idrakı Dədə Qorqudun dünyagörüşü, həyata, insana 


51 
baxışı üçün səciyyəvidir. Məntiqi olaraq cənnətə və cəhənnəmə inamı aradan qaldıran, orta 
əsrlərdə oğuz düşüncəsində möhkəm yer tutan bu azadfıkirlilik islam mühitində meydana çıxmış 
bidət deyil, ondan çox qabaq mövcud olan əski əqidədir. Oğuz elində ailənin əsasını bir-birinə 
qarşılıqlı məhəbbət və rəğbət bəsləyən ər-arvad münasibəti təşkil edir. “Kitabi-Dədə Qorqud”da 
ata, ana, oğul, qız, gəlin və başqa qohumlar arasında təəssübkeşlik hissi güclüdür. 
“Kİtabi-Dədə Qorqud”da müsbət etik-əxlaqi keyfiyyətlər yüksək qiymətləndirilir. İnsanın 
həm fiziki, həm də əqli yetkinliyinə böyük əhəmiyyət verilir. “Kitabi-Dədə Qorqud”da oğuz 
təəssübkeşliyi, oğuzlar arasında birlik əzmi güclüdür. Oğuzlar arasında birlik çətin vaxtda, dar 
ayaqda daha artıq dərəcədə özünü göstərir. 
Dədə Qorqud müəyyən dövrdə əxalq mənəviyyatının mücəssəməsi kimi çıxış etmişdir. Bu 
abidə Azərbaycan xalqının etnoqrafiyasını, tarixi coğrafiyasını, dilini, düşüncə tərzini, 
dünyagörüşünü, sosial-siyasi və əxlaqi baxışlarını, bir sözlə, zəngin mənəviyyatını, mədəniyyətini 
təcəssüm etdirən misilsiz qaynaqdır. “Kitabi-Dədə-Qorqud“da verilən kəlamların vacibliyini şərti 
olaraq müəyyən mövzulara ayırmaqla-ilahi iradənin müəyyənediciliyi, zərurətin dərk edilməsi, 
təbiət və həyat qanunauyğunluğu, ağlın, idrakın və müsbət xasiyyətlərin qiymətləndirilməsi, 
qohum-əqrəba, ailə-övlad münasibətlərini və s.-onun möhtəşəmliyini görmək mümkündür. 
Dastanda tanrıya sitayiş, peyğəmbərlərə alqış, dualar, diləklər və başqa mövzular öz əksini 
tapmışdır. Müasir dövrdə ailə problemlərində yaranan ziddiyyətlər, gənclərin bu məsələdə bəsit 
düşüncəyə, el, ailə qayğısı ilə bağlı yetkin fikrə malik olmamasını nəzərə alsaq dastandaki bu 
məsələlərlə bağlı dəyərli məsləhətlərin bu gün üçün əhəmiyyətini görə bilərik. “Kitabi-Dədə-
Qorqud“da müsbət etik-əxlaqi keyfiyyətlər yüksək qiymətləndirilir, insanın həm fiziki, həm də 
əqli yetkinliyinə böyük əhəmiyyət verilirdi. Bu möhtəşəm abidədə ağıl qəhrəmanın hunərini, son 
nəticədə isə qələbəsini təmin edən mühüm amildir.
Orta əsrlərdə din ilə bidət arasında gedən açıq mübarizələr çox vaxt ağır faciələrə gətirib 
çıxarırdı. X əsrin sonlarında yaranan və gizli fəaliyyətə başlayan, xalq kütlələri içərisində təbii 
elmi biliklər yayan, dini fəlsəfələşdirməyə çalışan, “Saflıq qardaşları“ və “Vəfa munisləri” 
cəmiyyəti Bəsrədə yaransa da Azərbaycanda da geniş yayılmışdır. “Saflıq qardaşları və vəfa 
munisləri” cəmiyyəti müxalifətçi sxolastlar kimi özlərini “ədalət əhli və həmd övladları” 
adlandırırdılar. “Saflıq qardaşları” geniş xalq kütlələri içərisində təbii-elmi biliklər yayır, dini 
fəlsəfələşdirməyə çalışırdılar. Dörd hissədən ibarət “Saflıq qardaşları” və “Vəfa munisləri 
“ensiklopediyasındakı 52 traktatın on dördü riyaziyyat, on yeddisi təbiət, onu metafizika və on biri 
ilahiyyat məsələlərinə həsr olunmuşdur.
“Saflıq qardaşları”nın təlimində təbiət elmi yeddi qismə aynlır: cismani başlanğıclar 
haqqında elmdə beş şey-ilk materiya, forma, zaman, məkan və hərəkət, habelə onların arasındakı 
münasibətlər, səma və aləm haqqında elmdə göylərin, planetlərin substansiyaları, əmələgəlmə və 
məhvolma haqqında elmdə od, hava, su və torpaqdan ibarət dörd ünsürün mahiyyəti, 
meteorologiyada planetlərin hərəkətləri və ünsürlər üzərinə şüa buraxmaları ilə onlara təsir 
göstərmələri sayəsində havanın dəyişməsi keyfiyyəti, mineralogiyada minerallar, botanikada 
bitkilər, onların növlərinin xüsusiyyətləri və nəhayət zoologiyada qidalanan, böyüyən, hiss və 
hərəkətt edən cisimlər (orqanizmlər) öyrənilir. “Saflıq qardaşları”nın varlıq təlimində Pifaqorun 
və onun ardıcıllarının ideyaları mühüm yer tutur. “Saflıq qardaşları”nın fikrincə, filosoflar, alimlər 
və hikmət sahibləri mövcud şeylərin başlanğıclarına dair varlığın əsaslarından bəhs etmişlər.
“Saflıq qardaşları”mn traktatlarında ikiliyə materiya və forma, substansiya və aksidensiya, 
səbəb və nəticə, işıq və qaranlıq, hərəkət edən və sükunətdə olan, xeyir və şər və s. üçlüyə üç ölçü 
(xətt, səth və cisim), üç zaman (keçmiş, indi və gələcək) və i.a. dördlüyə dörd ünsür (od, hava, su 
və torpaq), dörd qatışıq (səfra, qan, bəlğəm və öd), dörd fəsil (yaz, yay, payız, qış), dörd cəhət 


52 
(şərq, qərb, şimal və cənub) və i.a. birrəqəmlilərdən hər birinə bu qayda üzrə müvafiq misallar 
çəkilir. Maraqlıdır ki, “Saflıq qardaşları” beşlik tərəfdarı kimi xürrəmiləri təqdim etmişlər. Beş 
səyyari planet - Satum, Yupiter, Mars, Venera, Merkuri, beş növ cisim - od, hava, su, torpaq və 
göyün cismi, beş duyğu - eşitmə, görmə, iybilmə, dadbilmə və toxunma, bitkidə beş hissə - kök, 
gövdə, yarpaq, çiçək və meyvə beşliyə misal çəkilir. 
Orta əsrlər Şərq peripatezminin görkəmli nümayəndəsi, orta əsr müəlliflərinin 
“Azərbaycan ölkəsindən”, yaxud “Azərbaycanlı” (“əl-Azərbaycani”) adlandırdığı, ilk 
mənbələrdə atəşpərəst hesab olunan, islamı sonradan qəbul etdiyi söylənən Əbülhəsən 
Mərzban oğlu 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin