58
vətəndən didərgin düşmüş, qürbətdə-İraq, Türkiyə və Suriyada yaşamağa məcbur olmuşdur. O,
hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam
edilmişdir.
İmadəddin Nəsimi üç dildə - Azərbaycan (türk), fars və ərəb dillərində yazıb-yaratmışdır.
Bu da onun əsərlərinin təkcə Azərbaycanda, türkdilli ölkələrdə deyil, bütün Yaxın və Orta Şərq
ölkələrində sürətlə yayıla bilməsini təmin etmişdir, Mütəfəkkirin poeziyası həm siqlətli fikir
tutumuna, həm də yüksək bədii dəyərinə, sənətkarlıq xüsusiyyətlərinə görə diqqəti cəlb edir.
Onun ana dilində yazdığı şeirlər dil, üslub, bədiilik və məna dərinliyi baxımından bənzərsiz
sənət inciləridir.
Məhəmməd Süleyman oğlu
Füzuli
mədəniyyət tarixində misilsiz lirik şair kimi
məşhurdur. Bununla belə, onun yaradıcılığında dövrün ideologiyasım əks etdirən xüsusi fəlsəfi
məzmun daşıyan qiymətli traktatlar var. Mütəfəkkirə dünya şöhrətini poetik əsərləri qazandırsa
da fəlsəfəyə və fəlsəfə tarixinə, ümumiyyətlə, ideologiyaya həsr olunmuş bu traktatlar onun
dünyagörüşünü, ideya istiqamətini, bütünlükdə yaradıcılıq yolunu müəyyənləşdirmək üçün
böyük əhəmiyyətə malikdir. Füzulinin bədii yaradıcılığı zahirən, formaca onun elmi və fəlsəfi
yaradıcılığından fərqləndiyinə baxmayaraq, ideoloji aspektdə onlar vahid tamı təşkil edib, eyni
bir təfəkkürün müxtəlif vasitələrlə ifadəsidir.
Füzulinin fəlsəfi əsərlərindən söhbət gedəndə ilk növbədə “Başlanğıcın və sonun idrakı
barədə baxışın mənbəyi” yada düşür. Mütəfəkkir bu əsəri yazmazdan qabaq “əqidə sahiblərinin
məsləkləri ilə tanış olduğunu, “bunlardan faydalı olanları seçdiyini” bildirir. Bu əsərdə
fəlsəfənin tarixi ilə onun nəzəriyyəsi müəyyən məqamlarda birləşdirilmişdir: burada mühüm
fəlsəfi məsələlərin şərhi verilərkən, onların, qoyuluşu və həlli tarixən nəzərdən keçirilir. Qədim
Yunanıstan filosoflarının, orta əsr Şərq mütəfəkkirlərinin ideyaları açıqlanır.
Füzulinin fəlsəfi baxışlannda qnoseoloji aspekt daha geniş yer tutub, həmişə diqqət
mərkəzində durur. Füzuli elmin, daha doğrusu biliyin əzəli mövcud və sonradan meydana
çıxmış, vasitəsiz və vasitəli qisimlərini qeyd edir. Əzəli elm Tanrıya məxsusdur. Vasitəsiz elm
Yaradıcının bütün məlumatları, insanın isə öz varlığını bilməsidir. Vasitəli elm hər hansı
vasitədən asılı qazanılmış elmdir, məsələn, şeylərin və hadisələrin həqiqətini bilməyimiz.
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatının şifahi və yazılı qolları böyük inkişaf
yoluna düşmüşdü. “Koroğlu” qəhrəmanlıq eposu, “Əsli və Kərəm”, Aşıq Qərib” kimi aşiqanə-
romantik dastanlar xalqın mənəviyyatını, etik-əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərdir. Aşıq
ədəbiyyatı güclənmiş, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım və başqa el sənətkarlarının
şeirləri dillər əzbəri olmuşdur. Məsihi, Qövsi Təbrizi, Saib Təbrizi, Arif Şirvani, Ağa Məsih
Şirvanı və başqaları klassik poeziya ənənələrini özlərinə münasib ruhda davam etdirirdilər.
Molla Vəli Vidadi və Molla Pənah Vaqif xalq şeri üslubunu yüksək sənət səviyyəsinə qaldırmış,
ülvi söz inciləri yaratmışdırlar.
Dostları ilə paylaş: