2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə49/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   45   46   47   48   49   50   51   52   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Mirzə Fətəli Axundov
Kainatda qarşılıqlı əlaqənin, asılılığın, səbəb və nəticənin, 
hissə ilə tamın vəhdətini qeyd edir, hərəkəti yalnız yerdəyişmə və kəmiyyət dəyişiklikləri kimi 
qəbul etmişdir-zaman daxilində kəmiyyət dəyişikliklərin dairəvi hərəkət daxilində baş verməsini 
söyləmişdir. Başqa sözlə desək, Axundov yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etməmişdir. 
Mütəfəkkirin fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi, onların müdafiəsi idealizm, 
ilahiyyat və aqnostisizm prinsiplərinin tənqidi ilə paralel aparılmışdır. Axundova görə, Kainat 
əsasında ayrı-ayrı hissəciklərdən, atomlardan ibarət maddi substansiya dayanır-bu maddi 
substansiya əvvəli və sonu olmayan kamil, bütöv və vahid bir varlıqdır. Zaman və məkan bu maddi 
substansiyanın zəruri atributlarıdır. Maddi varlıq daim hərəkətdədir, özünə xas olan 
qanunauyğunluğa əsaslanır və onların mövcudluğu dünyanın əsasını təşkil edir. Axundov həm 
yaradan, həm də yaradılan Kainatın, maddi varlığın dərk olunmasını-insan hissləri, əqli və 
müxtəlif elmlər vasitəsilə dərkini qəbul edirdi. Mütəfəkkirin dünyagörüşündə həm dialektika, həm 
də mexanistik baxışlar birgə mövcud olmuşdur.
M.F.Axundovun fəlsəfi yaradıcılığının ideya mənbələrinin əsasını həm qabaqcıl rus, həm 
Şərq, həm də Avropa fəlsəfəsi və mədəniyyəti təşkil etmişdir. Axundov müsəlman Şərq fəlsəfəsi 
vasitəsilə qədim yunan fəlsəfəsini və Roma mədəniyyətini öyrənmiş və onlara öz münasibətini 
bildirmişdir. Onun fikrincə, fəlsəfənin qarşısında dayanan əsas vəzifələrdən biri real faktlara 
əsaslanaraq insan zəkasının rolunu yüksəltməkdir. Axundovun baxışlarına görə dünya öz təbiəti 
etibarı ilə maddidir-bizi əhatə edən təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə 
edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir. Ruhun ölməzliyi ideyasını qəbul 
etməyən Axundovun fikrincə, həm şüur, həm də ruh materiyadan asılıdır, materiyanın 
məhsullarıdır.
M.F.Axundovun fəlsəfi dünyagörüşünün formalaşmasına qədim və orta əsr Şərq və 
Azərbaycan fəlsəfəsinin, Qərbi Avropa filosoflarının, xüsusilə Spinoza, Holbax, Feyerbaxın, 
XVIII əsrin digər fransız maarifçiləri və rus inqilabçı-demokratlarının təsiri olmuşdur. Axundovun 
fəlsəfi baxışları, maarifçi ideyaları ortodokosal islamın ideoloji əsasları sayılan sxolastika və 
mistikanın hələ də güclü olduğu bir mühitdə formalaşıb inkişaf etmişdir. Əsərlərində dini 
fanatizmi, cəmiyyətdəki despotizmi, teologiyanı tənqid edən Axundov dünyaya elmi materialist 
yanaşmanı əsaslandırmağa çalışmışdır-“Kəmalüddövlə məktubları”, “Hakimi-ingilis Yuma 
cavab”, “Mollayi-Ruminin və onun təsnifinin cavabında”, “Aldanmış kəvakib”, “Con Stüart milli 
azadlıq haqqında”, “Babilik əqidələri” və digər fəlsəfi əsərləri və məqalələrini bu məqsədə xidmət 
etmişdir. 
Azərbaycanın maarifçi filosofu Axundov xalqın iqtisadi-mədəni həyatında mövcud olan 
problemləri yaxşı duyur, xalqların tərəqqisinə çalışır, bərabərliyi insan tərəqqisinin özülü hesab 
edirdi. Axundov mənəvi, milli və ictimai bərabərlik ideyalarını dialektik vəhdətdə və qarşılıqlı 


61 
əlaqədə təhlil edir, azadlıq və hüquq, hakimiyyət və maarif problemini həm fərd, şəxsiyyət, həm 
də cəmiyyət və xalq miqyasında irəli sürürdü. Şərqdə dinin tüğyan etdiyi, fikir və düşüncənin 
buxovlandığı, plüralizminin olmadığı qaranlıq mədəniyyətində Axundov ilk dəfə olaraq 
sekulyarlaşma sözünü tələffüz etmiş, dinin siyasətdən ayrı olmasının zəruriliyini qeyd edmiş, öz 
nəzərlərini konstitusiya quruluşunun təsdiqləndiyi Avropa ölkələrinə istiqamətləndirmişdir. 
Axundov Şərqin müsəlman mütəfəkkirləri arasında ilk olaraq konstitusionalizm ideyalarını 
dəstəkləyən mütəfəkkir olmuşdur. Axundov öz xalqını savadlı görmək istəyirdi-bu baxımdan, ilk 
növbədə, Azərbaycan xalqı tərəfindən yeni əlifbanın, latın əlifbasının qəbul edilməsini vacibliyini 
xüsusi vurğulayırdı. Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırmış, praktiki olaraq, yeni 
əlifbanın qəbul edilməsi uğrunda-Şərqdəki mədəni inqilab uğrunda mübarizə aparmışdır. 
Axundovun dünyagörüşü Şərq fəlsəfəsi ilə yanaşı, XVII-XVIII əsrlər Avropa materialistlərinin 
baxışları əsasında formalaşmışdır-o kəskin şəkildə Qərb idealizminin, təsəvvüfün, Şərq 
aristotelçiliyinin, babilər məzhəbinin mistik nəzəriyyələrinə qarşı çıxırdı. Axundov məşhur altı 
komediyasını yaratmaqla yalnız Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə Balkanlardan 
Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur-Azərbaycan 
teatrı onun ölməz komediyaları zəminində yaranmışdır.
Azərbaycanın materialist filosif-mütəfəkkiri, maarifçi-demokratı, təbiətşünas-darvinçi 
alimi, istedadlı publisisti, qadın təhsilinin ilk carçılarından biri olan 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin