2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Azərbaycan maarifçilik fəlsəfəsi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə47/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   43   44   45   46   47   48   49   50   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

 
6-Azərbaycan maarifçilik fəlsəfəsi 
 
XIX əsr Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal oyanışı xatırladan 
hadisələrlə başladı. Rusiyanın Qafqaz siyasətini fəallaşdırması, xanlıqların Rusiyanın 
himayədarlığını qəbul etmək uğurunda az qala yarışa girməsi, Xəzəri öz daxili dənizinə çevirmək 
yolunda Rusiyanın diplomatik canfəşanlığı, İranın zəifləməsi, Türkiyənin yaranmış vəziyyətdən 


59 
bəhrələnmək istəyinin artması yeni əsrin başlanğıcının siyasi mənzərəsinin mürəkkəbliyinin 
göstəricisi idi. Əsrin ilk otuz ilində Azərbaycanın siyasi xəritəsini dəyişdirən hadisələr-Rusiya və 
İran arasındakı məhəllə savaşını xatırladan müharibələrin nəticəsi olaraq bağlanan, Azərbaycanı 
parçalayan Gülüstan və Türkmənçay sülh müqavilələri uzun illər davam edən müstəmləkəçiliyin 
əsasını qoydu. Bununla belə Rusiyada gedən siyasi və mədəni proseslər Azərbaycanda da siyasi 
fəallığa və mədəni yüksəlişə səbəb oldu-Azərbaycanın Rusiyaya inteqrasiyası onun Avropanın 
qapısını döyməsinə, rus ziyalıları vasitəsi ilə Avropa mədəniyyətinin Azərbaycana gəlməsinə 
təkan verdi. XIX əsrdə yaranan milli burjuaziyanın maddi dəstəyi ilə Azərbaycanın zadəgan ziyalı 
təbəqəsi təhsil almaq üçün Şərq ölkələrinə, Rusiyaya və Avropaya gedirdi-təhsil aldıqları ölkələrdə 
dil və elmlə bərabər həm də həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə yiyələnir, sonradan bu 
dəyərləri öz milli dəyərləriz və mənəvi ənənələrimizlə birləşdirərək xalqının ideologiyasının və 
fəlsəfəsinin təşəkkülünə öz töhvələrini verirdilər. Onların xidmətləri hesabına Azərbaycanda 
Qərbin və Rusiyanın təsiri nəticəsində öz universallığı ilə fərqlənən maarifçilik cərəyanı 
yarandı. Avropa və Rusiya maarifçiləri kimi Azərbaycan maarifçiləri də ölkədə mövcud olan 
ictimai-siyasi və mədəni böhrandan çıxış yolunu xalqın maariflənməsində görürdülər.
XIX əsr Azərbaycan ictimai fikrində maarifçiliyin üç inkişaf mərhələsi keçdiyi qəbul 
olunur: 
birinci mərhələ 
kimi Azərbaycanın parçalanma dövrünün son illərini və 30-40-cı illəri 
əhatə etdiyi, A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh kimi mütəfəkkirlərin simasında meydana 
çıxdığı göstərilir-bu mərhələdə Azərbaycan maarifçiliyi hələ çox zəif, ibtidai və rüşeym halında 
olmuşdur, milli şüurla bağlı bəzi xüsusiyyətləri, yəni xalqa, vətənə məhəbbət, azadlıq ideyalarının 
tərənnümü, maarifi yaymaq və s. ilə ancaq çox az nisbətdə rus maarifçilərinə yaxınlaşa bilmişdir. 
Maarifçiliyin inkişafının 
ikinci mərhələsinin
50-60-cı illəri əhatə etdiyi qeyd olunur-bu zaman 
Azərbaycan maarifçiliyinin M.F.Axundovun simasında yetkinləşdiyi qəbul olunur.
Üçüncü 
dövrün 
70-90-cı illərə təsadüf etdiyi bildirilir-bu dövrdə maarifçilik H.Zərdabi, N.Vəzirovun 
simasında inkişaf etmiş və əsrin sonunda kapitalizmin inkişafı ilə əlaqədar olaraq öz qabaqcıl 
mövqeyini itirməyə başlamışdır.
Azərbaycanın
maarifçi
mütəfəkkiri, 
alimi,
vətənpərvər 
tarixçisi,
ictimai
xadimi,
şairi,
yazıçısı, filosofu, 
tərcüməçisi, 
Azərbaycan və onun tarixi üçün önəmli yerə malik olan bir sıra əsərlərin müəllifi

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin