66
əksini tapmışdır. Personalizmin Fransada yayılması həmin cərəyanın inkişafında xüsusi mərhələni
təşkil edir. Onun ən böyük nümayəndəsi Emmanuel Munyedir (1905– 1950). İdealist
monizm
prinsipinə və Hegelin panlogizminə qarşı olaraq personalizm çoxluq ideyasını irəli sürür.
Personalizm tərəfdarları çoxlu mövcudluqlar, şüur, iradə və şəxsiyyətlər haqqında danışırlar. Əqlə
qarşı intuisiya durur. Dünyanı Ali person– Allah yaratmışdır və ona
inkişaf etmək qabiliyyəti
vermişdir.
Ontoloji planda şəxsiyyət fundamental
kateqoriyaya çevrilir, yalnız
onun vasitəsilə əsas
təzahür mümkündür. Burada iradi fəallıq mövcudluğun fasiləsizliyi ilə çulğaşır.
Şəxsiyyət öz
təcrübəsi ilə yeganə reallığı təşkil edir. Lakin şəxsiyyətin mənbəyi özündə deyil, allahdadır. Elm
bu vəziyyətdə dünyanın zənginlik və müxtəlifliyinə nail olmağa qadir deyildir.
Elmdə insan
həyatının düzgün yolunu göstərə biləcək etibarlı oriyentirlər tapmaq mümkün deyildir. Bu vəzifəni
yalnız dini fəlsəfə yerinə yetirə bilər. Personalizm təlimində şəxsiyyət haqqında çoxlu maraqlı və
müsbət momentlər vardır. Xüsusilə fərd və şəxsiyyət anlayışlarının fərqləndirilməsi cəhdi maraq
doğurur. Bu təlimin səciyyəvi cəhətlərindən biri də iradə azadlığı haqqında ideyanın
əsaslandırılmasıdır. Hələ ekzistensialistlərin əsərləri yayılmamışdan əvvəl cəmiyyət və şəxsiyyətin
prinsipial düşmənçiliyi haqqında fikirlər personalizmdə mövcud idi.
Dostları ilə paylaş: