73
dəqiqə buna çoxlu misallar göstərir. Çətin anlaşılan odur ki, hadisələrin qarşılıqlı asılılığı, bir
hadisənin digərinə keçidi hərəkət edən materiyanın ən ümumi xassələrini əks etdirir, obyeklərin
ümumdünya universal əlaqələrinin təzahürü kimi çıxış edir. Bəşəriyyət bu ideyaya doğru uzun və
çətin yol keçmişdir. Dialektikanın diqqət mərkəzinə çoxdan bütün varlığı əhatə edən
universal
əlaqə
düşmüşdür. Məsələn, antik fəlsəfənin mərkəzi problemlərindən biri - üzərində düşünməklə
dialektik incəsənətin formalaşdığı - “təkcə və çoxlu” problemi
olmuşdur - o bu gün də öz
əhəmiyyətini itirməmişdir.
Ölkələrin, xalqların, adamların və ümumbəşəri dəyərlərin, maraqların, mənafelərin fərqi - bu
“əbədi” problemin müasir təzahürlərindən biridir. Əsrlər boyu o yeni görkəm almışdır: təkcə və
ümuminin, hissə və tamın, invariantlıq və növün dəyişdirilməsi və s. Varlığın bu cür
universal
əlaqəsi dialektikanın mühüm predmeti oldu. Varlığın mürəkkəb, elastik (zirək),
ziddiyyətli
universial əlaqəsinin dərk edilməsi formasına
dialektikanın kateqoriyaları
xidmət edir.
Kateqoriyal əlaqə tədricən dialektik qanunauyğunluq kimi başa düşülmüşdür.
3-Dialektikanın kateqoriyaları: təkcə, xüsusi və
ümumi, mahiyyət və hadisə, məzmun və forma
kateqoriyaları
Dialektikanın kateqoriyaları - f
əlsəfi təfəkkür hadisələrin, proseslərin hər hansı ayrıca
növlərinə deyil, bütün varlığa xas olan ən ümumi xüsusiyyətləri, münasibətləri açır. Bu cür biliklər
insan təfəkkürünün universal formalarında-kateqoriyalarda ifadə olunur. Varlığın universal
əlaqəsinin, onların mürəkkəb, elastik, ziddiyyətli inkişaf gedişində başa düşüldüyü fəlsəfi
anlayışlar dialektikanın kateqoriyaları qrupunu yaradır. Onların qarşılıqlı əlaqəsi bacarığın,
tədqiqatların ən ümumi prinsiplərini ifadə edir.
Kateqoriya-
yunan sözüdür, mülahizə, fikir, dəlil deməkdir. Fəlsəfi kateqoriyaların mahiyyəti
və spesifikasını aydınlaşdırmazdan əvvəl obyektiv aləmin inikası və idrak formaları
olmaq
etibarilə ümumiyyətlə kateqoriyaların nədən ibarət olduğunu müəyyən etmək lazımdır.
Kateqoriyalar anlayışlardan əmələ gəlmişdir. Bütün təfəkkür formaları arasında anlayış xüsusi yer
tutur. Anlayış insan şüurunun mücərrədləşmiş fəaliyyəti nəticəsində yaranır. Deməli, anlayış tə-
fəkkürün elə bir formasıdır ki, onun vasitəsilə cisim və hadisələrin ən əhəmiyyətli əlamətləri, əlaqə
və münasibətləri ümumiləşdirilmiş şəkildə əks olunur. Anlayış biliyin yekunu, toplusudur-
anlayışın digər inikas formalarından üstünlüyü də bundadır. Anlayış
təfəkkürün ən yüksək
formasıdır. Lakin dünyanın elmi cəhətdən dərk olunması kateqoriyalı təfəkkürə əsaslanır-
kateqoriyalı təfəkkür insanın hər cür adi təfəkkürünə xas olsa da, elimdə daha dəqiq və hərtərəfli
məzmuna malikdir.
Kateqoriyaların funksiyası obyektiv aləmin qanunauyğun əlaqələrini, münasibətlərini əks
etdirməklə gerçəkliyin əməli mənimsəmənin nəzəri əsası olmasındadır. Bir halda ki, kateqoriyalar
elmi anlayışlar sistemini müəyyən edir, onda deməli, hər bir elmin öz kateqoriyaları vardır. Hər
bir elm bu kateqoriyalardan istifadə etməklə onlara əsaslanır. Buna əsasən kateqoriyaları iki qrupa
bölmək olar: bunlardan biri, aləmin müəyyən sahələrinin ümumi ziddiyətlərini və əlaqələrini əks
etdirən xüsusi elmlərin kateqoriyalarıdır. Məsələn, biologiyada “həyat”,”zülal”,”bitki”, ”kimyada
valentiklik”, ”ünsür”, ”fizikada kütlə”, ”faton”, ”element”, ”etikada vicdan”, ”borc” və s.
74
göstərmək olar.
İkinci
qrup kateqoriyalar isə təbiət, cəmiyyət və təfəkkürün ən umumi inkişaf qanunları
haqqında elm olan fəlsəfənin kateqoriyalarıdır. Qeyd etmək lazımdır ki, fəlsəfi biliklər sisteminə
kateqoriyalardan ilk istifadə edən qədim yunan filosofu Aristotel olmuşdur. Bir sıra filosoflar isə
fəlsəfədə kateqoriyalardan istifadə olunmasına qarşı çıxmışdırlar. Məsələn, ingilis filosofu B.
Rassel göstərirdi ki, mən Aristoteldə, Kantda və Hegeldə “kateqoriyanın” nəyi ifadə etdiyini heç
vaxt başa düşməmişəm və mən şəxsən inanmıram ki, ”kateqoriya” fəlsəfə üçün hansı bir dərəcədə
isə gərəkli olsun. Əlbəttə, B. Rasselin bu fikri ilə qətiyyən razılaşmaq olmaz. Çünki fəlsəfənin
kateqoriyaları, məsələn, ”materya”, ”məkan”, ”zaman”, ”hərəkət”, ”kəmiyyət”, ”keyfiyyət” və s.
istisnasız olaraq bütün “cism” və “hadisələrə” tətbiq olunur. Fəlsəfənin kateqoriyaları cism və ha-
disələri, eləcə də qanun və qanunauyğunluqları dərk etmək prosesində elə pillələr və düyün
nöqtələridir ki, bunların vasitəsilə dərk etmə prosesi mümkün olur. Fəlsəfənin bir çox kateqoriya-
ları vardır, lakin burada fəlsəfənin cüt kateqoriyalarından bəhs olunacaqdır. Onu da qeyd etmək
lazımdır ki, cüt kateqoriyalar da iki qrupa ayrılır:
universal əlaqələrin kateqoriyaları və struktur
əlaqələrin kateqoriyaları.
Dialektika
üçün bütöv hadisələrin, proseslərin “qütb” tərəflərini əks etdirən
cüt
kateqoriyaların
formalaşması xarakterdir. “Səbəb - nəticə”, “zərurət - təsadüf”, “imkan -
gerçəklik” və başqalarının münasibətlərinin dialektik xarakteri əks, lakin qırılmaz bağlı olan
anlayışlarda, onların vəhdətində,
bir - birinə keçməsində, qarşılıqlı fəaliyyətində ifadə olunur.
Dialektikanın kateqoriyalarının uyğunlaşması, bir - birini tamamlaması varlığın canlı
hərəkətliliyini, keçidini, ziddiyyətini əks etdirməyə qadir olan universial anlayışların hərəkətli
qovşağını yaradır. Təfəkkürün qəti formalarında bunu etmək olmaz.
Dostları ilə paylaş: