2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə65/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   61   62   63   64   65   66   67   68   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

b) mahiyyət və təzahür 
Mahiyyət və təzahür kateqoriyaları idrak prosesində mühüm rol oynayır. Dərk etmə prosesi 
təzahürdən başlayır. Dərketmə fəaliyyətinin ən sadə forması cismlərin zahiri cəhətlərinin duyğu, 
qavrayış və təsəvvür vasitəsilə qavranılmasıdır. Hissi idrak vasitsilə cism və hadisələrin xarici 
tərəfləri insanın şüurunda əks olunur. Hissi idrakın formaları vasitəsi ilə cisim və hadisələrin 
mahiyyətinin aşkara cıxarılması mümkün deyildir. Mahiyyətlərin öyrənilməsi mücərrəd təfəkkür 
vasitəsilə mümkündür. Məsələn, əmtəənin mahiyyətini təşkil edən dəyəri nə müşahidə vasitəsilə, 
nə də mikroskopun köməkliyi ilə öyrənmək mümkün deyildir. Dəyəri yalnız əmtəənin xüsusiy-
yətlərinin və münasibətlərinin elmi təhlili yolu ilə öyrənmək olar. 
Cism və hadisələrin mahiyyətinin öyrənilməsi prosesi təzahürdən başlayır. İnsan idarkı 
nisbətən az dərin mahiyyətləri öyrənərək daha dərin mahiyyətlərin, sonra ondan daha dərin 
mahiyyətlərin öyrənilməsinə doğru irəliləyir. Deməli-mahiyyətlərin öyrənilməsi sonsuz prosesdir. 
İnsanın fikri təzahürdən mahiyyətə doğru, necə deyərlər birinci sıra mahiyyətlərdən ikinci sıra 
mahiyyətlərə doğru və i.a. intahasız dərinləşir. Bunu atomun daxilində gedən proseslərin aşkara 
çıxarılmasında və kosmosun öyrənilməsində edilən kəşflərdən aydın görmək olar. 
Cism və hadisələr arasındakı əlaqələrin öyrənməsinə imkan yaradan cüt kateqoriyalardan biri 
də mahiyyət və təzahüdür. Mahiyyət və təzahür obyektiv reallığın müxtəlif inkişaf mərhələləridir.
 
Mahiyyət
bu və ya digər cisim, hadisə və proseslərin, daxili, dərin, gizli, nisbətən sabit tərəfidir.
 
Təzahür
mahiyyətin ifadə forması olub, obyektiv aləmin cism, hadisə və proseslərin xarici, 
müşahidə əsasında öyrənilə bilən, nisbətən mütəhərrik, dəyişkən tərəfidir. Daxili tərəf (mahiyyət) 
insanın müşahidəsindən qala bildiyi halda, xarici tərəf (təzahür) hiss orqaları tərəfindən qavranıla 
bilir. 
 
Mahiyyət 
deyərkən, bu və ya digər predmetin, hadisənin, prosesin daxili, dərin, gizli, nisbətən 
möhkəm, sabit tərəfləri - həm də onun təbiətini, xüsusiyyətlərinin və digər xarakterinin 
məcmusunu müəyyən edən tərəfləri nəzərdə tutulur.
 Təzahür
- bu və ya digər predmetin xarici, 
müşahidə olunan, adətən, daha çox hərəkətli, dəyişkən xarakteridir, obyektiv reallığın nisbətən 
müstəqil sahəsidir. Mahiyyət və təzahür
 
– dialektik bağlı olan əksliklərdir. Onlar bir – birinə uyğun 
gəlmir, çox vaxt onların bir-birinə uyğun gəlməməsi aydın ifadə olunma xarakteri daşıyır: 
predmetin xarici, səthi xüsusiyyəti onun məğzini örtür, təhrif edir. Bu halda görünən (zahiri cəhət), 
güman olunan cəhətlər haqqında danışırlar - ilğım görünməyə nümunə ola bilər - bu atmosferdə 
işıq şüasının qırılmasından yaranır. Mahiyyət və təzahür kateqoriyaları bir - biri ilə qırılmaz 


76 
surətdə bağlıdırlar. Onlardan biri o birinin tələb edir. Bu anlayışların dialektik xarakteri onların 
elastikliyində, nisbinliyində özünü göstərir. Mahiyyət anlayışı reallığın hansısa qəti müəyyən 
edilmiş səviyyəsini və ya idrakın bir sıra həddini güman etmir. İnsan idrakı hadisədən mahiyyətə 
doğru hərəkət edir, sonra mahiyyətdə dərinləşir, gerçəkliyin bu və ya başqa sahəsinin inkişafını 
köklü surətdə açır. Mahiyyət və təzahür – insan biliklərinin əbədi, sonsuz dərinləşməsinin 
istiqamətini, yolunu göstərən anlayışdır. Bəzi mənada hətta: “bu – mahiyyətdir”, “mahiyyət dərk 
olundu”, “mahiyyət belədir” demək düz deyildir. Mahiyyətin açılması, anlaşılması prosesi hansısa 
konkret formada predmetin strukturunun, bütövlüyünün, səbəbinin dərk olunmasında, onun 
formalaşması, işləməsi qanunlarında özünü göstərir. Başqa sözlə desək, mahiyyət və təzahür 
kateqoriyaları idrakın hansısa “ vektorunu”, onun ümumi səmtini ifadə edir. Kant bu cür ideyaları 
relyativ (nisbi) adlandırırdı.
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin