Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə22/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   18   19   20   21   22   23   24   25   ...   252
84) Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür?
A) Kartof 
B) Çuğundur 
C) Ağ çörək 
D) Noxud 
E) Yumurta 
Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi aradan götürmək 
üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida qəbulu məsləhət görülür. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı 
1984 
85) Stenokardiya tutması zamanı aşağıdakılardan hansı əks göstərişdir?
A) Nifedipin 
B) Nitroqliserin 
C) Mezaton 
D) İzoket 
E) Baralgin 
Stenokardiya ürək damarlarının mənfəzinin daralması nəticəsində yaranır. Mezaton damar büzücü 
preparat olduğundan vəziyyəti daha da ağırlaşdıra bilər. 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 308. 
86) Stenokardiya tutması zamanı göstərilən yardımdan sonra xəstənin vəziyyəti 
yaxşılaşmırsa, bu nəyə şübhə yaradır?
A) Hipotonik kriz 
B) Hipertonik kriz 
C) Miokard infarktı 
D) Aortanın anevrizması 
E) Ağciyər ödemi 
Stenokardiya tutması ilə miokard infarktının əlamətləri oxşardır. Miokard infarktı zamanı ürək 
əzələsinin nekrozu baş verir.Oİna görə də göstərilən yardım xəstənin vəziyyətinə təsir göstərmir. 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 309-310. 
87) Göstərilənlərdən hansı ambulator tipli müalicə müəssisəsinə aiddir?
A) Klinika 
B) Sanatoriya 
C) Hospital 
D) Xəstəxana 
E) Poliklinika 
Ambulatoriya tipli müalicə müəssisələrində həm ora müraciət edən, həm də evdə olan xəstələr 


müalicə olunurlar, bu baxımdan poliklinika da ambulator tipli müalicə müəssisələrinə aiddir. 
Poliklinikada müvafiq həkim kabinetləri olur: cərrahlıq, terapiya, nevrologiya, urologiya, 
endokrinologiya və s. 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 19 . “ Təhsil ” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin