Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə1/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
  1   2   3   4   5   6   7   8   9   ...   252


FELDŞER İXTİSASI ÜZRƏ TEST TAPŞIRIQLARI NÜMUNƏLƏRİ
Bölmə 1 – Terapiya
1) Təmizləyici imaləyə əks- göstəriş hansıdır?
A) Qarın boşluğundakı əməliyyatlardan əvvəl 
B) Dərman imaləsindən əvvəl 
C) Bağırsaq keçməməzliyi olduqda 
D) Doğuşdan əvvəl 
E) Qanayan babasil olduqda 
İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir, qanayan babasil olduqda bu 
ucluq travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu zaman təmizləyici imalə 
əks-göstəriş sayılır. 
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998 
2) Mədə qanaxmasında həkimə qədər yardıma nə daxildir?
A) Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi 
B) Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi 
C) Mədənin yuyulması, buz qovuğunun tətbiqi 
D) Aclıq və qansaxlayıcı preparatların tətbiqi. 
E) Aclıq və buz qovuğunun tətbiqi 
Mədə qanaxması zamanı həkim gələnə qədər xəstəyə ilk yardım göstərmək üçün onu uzandırıb 
mədə nahiyəsinə buz qovuğu qoyulur, su və qida qəbulu qadağan edilir, qansaxlayıcı preparatlar 
həkim gəldikdən sonra, onun təyinatına əsasən vurulur. Buz qovuğunun təsirindən damarlar daralır 
və qanaxma yavaşıyır. 
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev.Xəstələrə qulluq. Səh.188 “Təhsil” Bakı 1998 
3) 1 Təsir Vahidi ( TV) insulin 5 qr qlükozanı qlikogenə çevirirsə , 200 qram qlükozanı 
qlukogenə çevirmək üçün neçə TV insulin götürülməlidir?
A) 40 TV 
B) 10 TV 
C) 60 TV 
D) 25 TV 
E) 20 TV 
200 qr. qlükozanı qlikogenə çevirmək üçün neçə TV insulin lazım olmasını tənasüb yolu ilə tapa 
bilərik. 
1TV-5 qr 
X TV-200 ml. qr X=200 : 5 = 40 TV 
Ədəbiyyat : N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “.Səh.158“ Çıraq “ 20-08. 
4) Sidik ifrazının azalması necə adlanır?
A) Oliquriya 
B) Poliuriya 
C) Anuriya 


D) Nikturiya 
E) Opsouriya 
Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması poliuriya, hec 
olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə sidiyin çox ifraz edilməsi isə 
nikturiya adlanır. 
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.223 “Təhsil”Bakı1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin