Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Masaj zamanı dəri qıcıqlanmasın deyə nədən istifadə etmək olmaz?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə9/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   5   6   7   8   9   10   11   12   ...   252
32) Masaj zamanı dəri qıcıqlanmasın deyə nədən istifadə etmək olmaz?
A) Talk tozundan 
B) Uşaq tozundan 
C) Vazelindən 
D) Bitki yağından 
E) Sudan 
Uzun müddətli masaj zamanı dərinin qıcıqlanmaması üçün talk, bitki yağı, vazelin və uşaq 
tozundan istifadə edilir. Su massaj zamanı sürtünməni azaltdığı üçün ondan istifadə edilmir. 
$$ 
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.279 . “Maarif” Bakı 2008 
33) Bədən temperaturu hansı dərəcəyə qalxdıqda xəstənin huşu pozula bilər (C0)?
A) 39,0 – 40,0 
B) 38,0 – 38,5 
C) 38,5 – 39,0 
D) 37,0 - 38,0 
E) 40,5 - 41,0 
Temperatur 40,0 C

–ni keçdikdə orqanizmdə zülalların parçalanması baş verir. Bu zaman zülalların 
parçalanma məhsulları qanla baş beynə gedir və huşun dəyişməsinə, bəzən itməsinə, hətta 
sayıqlamalara, qarabasmalara(hallüsinasiyalara) səbəb olur. 
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 125. “Maarif” 1974 
34) Hipoqlikemik koma zamanı təxirəsalınmaz yardım vena daxilinə....... yeridilməsindən 
ibarətdir. Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
A) Qlükoza 
B) Heparin 
C) İnsulin 
D) Dibazol 
E) Kofein 
Hipoqlikemik koma zamanı qanda qlükozanın miqdarı azaldığından, vena daxilinə yeridilən 
qlükoza məhlulu xəstənin vəziyyətini stabilləşdirir. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.162 “Çıraq” 2008 
35) İsti vannaları hansı halda tətbiq etmək olmaz?
A) Xroniki bronxit 
B) Yüksək hərarət 
C) Kəskin respirator xəstəlik 
D) Xroniki rinit 
E) Xroniki pnevmoniya 
Yüksək hərarətə qızdırmanın II-ci dövründə təsadüf edilir. Xəstənin damarları istinin təsirindən 
genəlir, istilik əmələgəlmə və istilik vermə artır, xəstə çox tərləyir, ona isti olur. İsti vannaların 
tətbiqi damargenəldici təsir göstərir.Bu da xəstədə kollapsa səbəb olduğundan əks-göstəriş sayılır. 


Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.105 “Təhsil” Bakı1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin