A) Sifon
B)
Təmizləyici
C) Dərman
D) Yağlı
E) Qidalandırıcı
Ağızdan qəbul edilmiş zəhərli maddələri bağırsaqdan sürətlə kənar etmək üçün sifon imaləsindən
istifadə olunur. Sifon imaləsi üçün 10-12 litr 38 dərəcədə qızdırılmış su götürülür.Bu
miqdarda su
orqanizmə daxil olmuş zəhərli maddələrin tam təmizlənməsini təmin edir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.203 “Təhsil” Bakı 1998
17) Mədə qanaxması zamanı istifadə olunan preparatlar hansılardır?
A) Fentanil, relanium
B) Aspirin, prednizolon
C)
Aminokapron turşusu, jelatinol
D) Heparin, dibazol
E) Dimedrol, kordiamin
Aminokapron turşusu adətən qanaxmalar zamanı ümumi
təsirli hemostatik vasitə kimi, jelatinol isə
hipovolemiya və hemorragik şokla mübarizə üçün plazma əvəzedici məhlul kimi istifadə edilir.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 353
18) 1 ml – də neçə vahid insulin vardır?
A) 30
vahid
B) 10 vahid
C) 20 vahid
D) 25 vahid
E) 40 vahid
İnsulinin dozaları vahidlə göstərilir. Şüşədəki 5 ml – də 200 vahid, başqa sözlə 1 ml- də 40 vahid
insulin vardır. İnsulini birqramlıq şprisə yığarkən yadda saxlamaq lazımdır ki, şprisin hər bölgüsü 4
vahid insulin deməkdir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “. Səh.159 “Çıraq “2008.
19) Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?
A) Döş qəfəsinin aşağı
hissəsinə
B) Onurğaya
C) Döş qəfəsinin yan tərəflərinə
D) Kürəkaltı
nahiyəyə
E) Onurğa ətrafı nahiyəyə
Bankalar əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri
olmayan nahiyələrə
qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin hərəkətinə mənfi təsir
etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil.
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998