Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Arterial hipertoniyalı xəstələr qida rasionunda nəyi azaltmalıdırlar?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə12/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   8   9   10   11   12   13   14   15   ...   252
45) Arterial hipertoniyalı xəstələr qida rasionunda nəyi azaltmalıdırlar?
A) Xörək duzunu 
B) Un məmulatlarını 
C) Şəkəri 
D) Ədviyyatlar 
E) Tərəvəzləri 
Arteriel hipertoniyalı xəstə xörək duzunu artıq istifadə etdikdə təzyiqi daha da arta bilər. Qəbul 
edilən NaCl orqanizmə çoxlu maye qəbul ediməsini tələb edir, nəticədə dövr edən qanın miqdarı 
artır, bu da təzyiqi daha da artırır. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.138 “Çıraq” 2008 
46) Uzun müddət yataqda qaldıqda xəstənin vəziyyətini nə ağırlaşdıra bilər?
A) Yataq yarası 
B) İştahsızlıq 
C) Kollaps 
D) Arterial təzyiqin qalxması 
E) Baş gicəllənmə 
Xəstə uzun müddət yataqda qaldıqda mikrosirkulyasiya pozulur və nəticədə dəri, dərialtı və digər 
yumşaq toxumalarda distrofik, yaralı- nekrotik proseslər gedir, yəni yataq yaraları əmələ gəlir. 
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998 
47) Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım hansıdır?
A) Morfinin yeridilməsi 
B) Nitroqliserini dil altına qoymaq 
C) Əzələ daxilinə analgin-dimedrol vurmaq 
D) Analginin yeridilməsi 
E) Daxilə dimedrol 


Əksər hallarda döş sümüyünün arxasında baş verən sıxıcı ağrılara səbəb ürəyi qidalandıran tac 
damarların spazmıdır. Nitroqliserinin təsirindən tac damarlar genişlənir, ürəyin qidalanması 
yaxşılaşır və ağrı aradan qalxır. 
Ədəbiyyat: N.Y.Paleyevin redaktəsi ilə”Tibb bacısının məlumat kitabı”. Səh. 506 “Çıraq” 2008 
48) Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudursa, bu nəyi göstərir?
A) Aritmiya 
B) Taxipnoe 
C) Taxikardiya 
D) Bradikardiya 
E) Bradipnoe 
Normada nəbz vurğularının sayı bir dəqiqədə 60-80-dır. Bir dəqiqədə 60 vurğudan az olduqda 
bradikardiya, 80 vurğudan çox olduqda taxikardiya adlanır. 
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin