Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə10/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   6   7   8   9   10   11   12   13   ...   252
36) Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir?
A) Lax yumurta 
B) Tütün 
C) Aseton 
D) Ammonyak 
E) Alkoqol 
Uremiya-orqanizmin ağır intoksikasiyası olub, böyrəklər tərəfindən azot şlaklarının xaric olmasının 
çətinləşməsi zamanı əmələ gəlir. Uremiya zamanı qanda zülalların parçalanma məhsulları olan – 
sidik cövhəri, sidik turşusu, kreatinin toplanır və bu zaman xəstənin nəfəsindən ammonyak iyi gəlir. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122 
37) Hansı halda masaj etmək olmaz?
A) Piylənmə 
B) Spastik iflic 
C) Limfa düyünləri şişdikdə 
D) Oynaq xəstəlikləri 
E) Bağların dartınması 
Limfanın mühafizə rolunu nəzərə alaraq, bədənə keçən mikroorqanizmləri tutub özündə saxlaması 
nəticəsində şişmiş limfa düyünlərinin massajı əks-göstərişdir. 
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272. “Maarif” Bakı 1980 
38) Bunlardan hansı masajın əsas metodu deyil?
A) Döyəcləmə 
B) Sığallama 
C) Kəsmələmə 
D) Sürtmə 
E) Basmalama 
Basmalama masajın əsas metodlarından biri olan kəsmələmə masajının bir növüdür. Əlin masajı 
zamanı ağrı və ödem olduqda basmalama tətbiq edilir. 
Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya .Səh.274 “Maarif” Bakı 1980 
39) Tənəffüsün xüsusiyyətlərinə hansılar aiddir?
A) Dolğunluq 
B) Yüksəklik 
C) Gərginlik 
D) Tonus 
E) Tezlik 
Tənəffüs sərbəst nəfəsalma və nəfəsvermə hərəkətlərinin ritmik növbələşməsidir. Normada bir 
dəqiqə ərzində böyüklərdə 16-20 tənəffüs hərəkəti qeydə alınır. Bu göstəricinin artıb-azalması 
tənəffüsün tezliyinin dəyişməsi deməkdir. 


Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 190. “Maarif” 1974 
40) Hirudoterapiya nədir?
A) İqlimlə müalicə 
B) Qanburaxma 
C) İşıqla müalicə 
D) Su ilə müalicə 
E) Zəli ilə müalicə 
Latınca zəli “Hirudenia “ adlanır və zəlinin tüpürcəyində hirudin adlanan, laxtalanmanı azaldan 
maddə vardır, ona görə də zəli ilə müalicə hirudoterapiya adlanır. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh.39 “Çıraq” 2008 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin