Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) “Qəhvə xıltı” şəklində qusma nəyi bildirir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə11/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   7   8   9   10   11   12   13   14   ...   252
41) “Qəhvə xıltı” şəklində qusma nəyi bildirir?
A) Ağız boşluğunda travmanı 
B) Qida borusu qanaxmasını 
C) Qida toksikoinfeksiyasını 
D) Ağciyər qanaxmasını 
E) Mədə qanaxmasını 
Mədə qanaxması zamanı qan mədə möhtəviyyatı ilə qarışır, mədə turşusunun təsirindən 
hemoqlobin parçalanır, methemoqlobinin parçalanmasından qan tündləşir və qəhvə xıltınını 
xatırladır. 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 354 
42) Hipertonik krizin müalicəsində hansı preparat;n istifadəsi əks göstərişdir?
A) Dibazol 
B) Nifedipin 
C) Maqnezium – sulfat 
D) Hipotiazid 
E) Mezaton 
Mezaton damar büzücü preparat olduğundan, arterial təzyiqin qalxmasına səbəb olur ki, bu da 
hipertonik krizi daha da ağırlaşdırır.
Ədəbiyyat: Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. 
Стр. 306 
43) Göstərilənlərdən hansı nəbzin xüsusiyyətlərindən biridir?
A) Atoniya 
B) Hipertoniya 
C) Hipotoniya 
D) Ritm 
E) Taxipnoe 
Nəbz-(pulsus latın sözü olub, zərbə, təkan deməkdir) qanın sistolik dalğasının təsiri ilə arteriya 
divarının titrəməsidir. Normada nəbzin ritmi ürəyin fəaliyyətinə müvafiq olaraq düzgün ola bilər, 
bu zaman bütün nəbz dalğaları eyni olur.


Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974 
44) 10 %-li kalsium-xlorid vena daxilinə düzgün vurulmadıqda hansı fəsad verir?
A) Anafilaktik şok 
B) Abses 
C) Kvinke ödemi 
D) Yumşaq toxumanın nekrozu 
E) Yağ emboliyası 
10 %-li kalsium xlorid güclü qıcıqlandırıcıdır, o səhvən dərialtına vurulduqda yumşaq toxumanın 
yerli ölümü- nekroz baş verir. Bu hal baş verdikdə yeridilən maddənin konsentrasiyasını azaltmaq 
məqsədilə həmin nahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoyulur. 
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin