təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən tutmuş 30-40 dəqiqə
ərzində baş verir, əsasən antibiotklər, zərdablar vurduqda yaranır Bu zaman dərhal dərmanın
yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır.
Ədəbiyyat : C.N.Hacıyev : R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 162 . “ Təhsil ” Bakı 1998.
148) Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi ) əsasən hansı dərmanın
yeridilməsindən sonra müşahidə olunur?
A) Antibiotiklər
B) Vitaminlər
C) Narkotiklər
D) Vaksinlər
E) İnsulin
Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və
inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil.
Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin
inyeksiyası olunan nahiyə spirtlə deyil su ilə silinməlidir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.160 . “ Təhsil ” Bakı 1998
149) Müayinə üçün əsnəkdən material götürərkən tibb işçisi aşağıda sadalananlardan hansını
düz etmir?
A) Yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürür.
B) Yaxmanı xəstə ağzını dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra götürür
C) Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürür
D) Əsnəkdən götürülən yaxma tez quruduğuna görə laboratoriyaya tez çatdırır
E) Əsnəkdən yaxma götürərkən dili şpatellə tutub saxlayır
Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürürlər, bu zaman dili şpatellə tutub
saxlayırlar; yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürürlər.
Yemək yeyən kimi və ya ağzı dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra yaxma
götürmək olmaz, çünki bu analizin göstəricisini dəyişə bilər.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.51 Bakı 2008
Dostları ilə paylaş: