135
sini tapmışdır. Ruh insanın şüurlu fəaliyyətini - duyğu, təfəkkür, nitq, iradə və s.
tənzim edir, onların mənbəyidir.
6. Zərdüştilikdə oda sitayiş ənənələri güclü olmuşdur. Bütün zərdüşt mənbələ-
rində məşəl yanmışdır, odla bağlı rituallar icra edilmiş, ona qurban kəsilmiş, pərəs-
tiş olunmuşdur.
Elə bunun nəticəsidir ki, ona bəzən atəşpərəstlik də deyilmişdir.
7. Zərdüştiliyin mənəvi-əxlaqi idealı da xeyirlə, ədalətlə sıx bağlı olmuşdur.
“Avesta”da zərdüştliyin idealı üç prinsiplə ifadə olunmuşdur: insan özünün bütün
fəaliyyətini “xeyir fikir, xeyir söz və xeyir işin (əməlin) vəhdəti əsasında qurmalı-
dır. Deməli, o, yaxşı, xeyirxah fikirləşməli, həmişə yaxşı, xeyirli danışmalı və fay-
dalı, gözəl işlər görməli, həmişə şəri rədd etməlidir. Bu üç tələb Zərdüştiliyin əxla-
qi, saflaşdırıcı prinsipləridir. Zərdüştə
görə insan həmişə mülayim, adil, xeyirxah
olmalıdır. O, qəddar paxıl, yalançı olmamalıdır. Zərdüştlükdə yalançı ilə düşmən,
şər eyni mənalı anlayışlar kimi işlədilir.
8.”Avesta”nın cəmiyyətə, dövlət idarəçiliyinə baxışlarında qəbilə-tayfa müna-
sibətlərinin demokratik prinsipləri və quldar demokratiyası
təqdir olunsa da,
“Avesta”nın sonrakı tərtibatlarında monarxiya üsul-idarəsi başlıca dövlət idarəçiliyi
forması elan olunmuşdur. Hakimiyyətin, əmlakın, şan-şöhrətin insana Allahdan ye-
tirməsi ideyası da müdafiə olunurdu.
Zərdüşt insanlara müraciətində belə nəsihətlər etmişdir: “Mən o şəxsəm ki pak
bir təbiətlə insanlar ruhunu qurmaq üçün təyin olunmuşam, Ahura-Məzdanın (Hör-
müzün) yaxşı əməl üçün verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc və dö-
zümüm vardır, doğru yola getməyi insanlara öyrədəcəyəm”, “Doğruluq atası Məz-
danı tanımaq, haqqını düzgün yerinə yetirmək üçün, bu müqəddəs ağıl uğrunda is-
tər dildəki danışıq və pak xəyal ilə bağlı sözlərlə, istərsə də qolların görəcəyi iş və
təmizkarlıq səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən”, “Aləmi-təsəvvürdə
ilk özünü göstərən o iki əkiz cövhərin birisi: düşüncədə, danışıq və dolanışıqda
yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və dolanışıqda). Bu iki-
likdən
anlayan adam gərək pisi yox, yaxşını özünə seçə” və i.a.
Daha sonrakı dövrlərdə (e.ə. VII -VI əsrlər) zərdüştlükdə xeyir allahı Hörmüzə
(Ahura-Məzdaya) pərəstişə əsaslanan
Dostları ilə paylaş: