müzakirə sahəsi
Tarazlıq nöqtəsi
DANIŞIQLAR PROSESİNİN ƏSASLARI
TARAZLIQ NÖQTƏSİ
Danışıqların aparılması tarazlıq nöqtəsinin tapılmasını nəzərdə tutur.
İştirakçılar tərəzinin əks qurtaracaqlarında başlasalar da, hər iki tərəfin məqbul razılaşma
hesab etdiyi nöqtəyə doğru irəliləməlidirlər.
Orta nöqtənin yaxınlığında və ya düz mərkəzdə bir sıra həll yolları mümkün ola bilər.
Danışıqlar irəli-geri, yuxarı-aşağı hərəkət edən bir prosesdir.
17
Copyright protected – Management Pocketbooks Ltd
DANIŞIQLAR PROSESİNİN ƏSASLARI
ETİBARLI MÜNASİBƏTLƏRƏ NECƏ YOL AÇMALI?
İnsanlar özləri ilə əlaqələndirə bildikləri mövqe və ya fikirləri, adətən, daha yaxşı anlayırlar.
Danışıqlar zamanı qurduğunuz "körpülər" bunu mümkün edir. Məsələn:
●
Gərginliyi aradan qaldırmaq, ilkin razılığa
nail olmaq, qarşı tərəfi söhbətə cəlb etmək
üçün neytral mövzuda müzakirə açın.
●
Güzəştə getməklə qarşı tərəfi qarşılıqlı məqbul nəticə əldə
etmək üçün bütün səyləri
göstərəcəyinizə əmin edin.
●
Qarşı tərəfə və prosesə hörmət nümayiş etdirin. Məsələn, qarşı tərəfin effektiv nəticə
vermiş bir töhfəsinə görə iltifat edin.
●
Razılaşmaya təkrarən istinad edin: arqumentlərinizi qarşı tərəfin ehtiyacları (sizdən
istədikləri) ilə əlaqələndirərək gücləndirin.
●
Təklifinizin bütün komponentlərinin onlar üçün hansı dəyəri kəsb etdiyini aydınlaşdırın.
●
Hər hansı mürəkkəb məsələni aydın izah etməyə və ya əsaslandırmağa çalışın.
18
Copyright protected – Management Pocketbooks Ltd