56
ki, bunlar da temperaturdan asılı olaraq, tərkibində
müxtəlif miqdarda karbon həll edə bilirlər. Alfa və
delta fazaları ferrit, qamma fazası isə austenit
strukturunu əmələ gətirir. Perlit (tərkibində 12%
sementit və 88% ferrit olur), ledeburit I (tərkibində
51,4% austenit və 48,6% sementit olur) və ledeburit II
(tərkibində 51,4% Perlit və 48,6% sementit olur)
ayrıca faza olmayıb, qeyd olunan müxtəlif fazaların
qarışığından ibarətdir. Dəmir və karbonun birləşməsi
olan sementitin (Fe
3
C fazası) primer (ərintidən ayrılır),
sekunder (austenitdən ayrilir) və tertier olmaqla üç
növü fərqləndirilir. Ferrit strukturu aşağı sürətlə
soyudulan dəmir-karbon ərintisində əmələ gəlir.
Soyutma sürətini artırdıqda, austenitdən tribotexniki
baxımdan səmərəli olan bərk martensit ayrılır.
Dostları ilə paylaş: