F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 3.28. Toxunmaqla idarə olunan H700 markalı lövhə və



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə42/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
Şəkil 3.28. Toxunmaqla idarə olunan H700 markalı lövhə və 
kompyuter vasitəsi ilə nəzarət-mərkəzi (Control-Center 
NCC). 


90 
Sistemdə baş verən xətalar, temperaturun 
dəyişməsi və s. NCC vasitəsi ilə yadda saxlanılır və 
funksional parametrlərlə birlikdə mətn şəklində 
sənədləşdirilir. 
Burada 
kompyuterin 
əlavə 
imkanlarından istifadə etmək üçün, onu H700 
lövhəsinə qoşmaq olar. 
Müasir sobalarda təhlükə yarada biləcək proseslərə 
həm optik, həm də akustik nəzarət sistemi tətbiq 
olunur (işıq və səslə). Bu cür həyacan siqnalları, 
həmçinin, SMS vasitəsi ilə cavabdeh və məsul 
şəxslərin mobil telefonlarına göndərilə bilər. 


91 
4.
Yüksək tezlikli cərəyanın tətbiqi ilə 
detalların emalı texnikası
4.1. 
Səthi emal texnikasının tətbiqi ilə 
detalların emalının aktuallığı 
Maşınların 
uzunömürlülüyü 
əsasən 
onların 
tribotexniki səthlərinin davamlılığı ilə müəyyən 
olunur. Bu baxımdan bir çox hallarda materialın 
səthinin emalı geniş maraq doğurur. Adətən, 
materialların səthinə yüksək möhkəmlik, bərklik, 
yeyilməyə və korroziyaya davamlılıq, çatlamaya 
müqavimət və s. kimi tələblər qoyulur. Bu tələblərlə 
yanaşı detalın özəyi yüksək plastikliyə və zərbə 
özlülüyünə malik olmalıdır ki, bu da adətən, 
azaldılmış kövrəkliklə təmin olunur.
Detalın səth təbəqəsində yüksək bərklik müxtəlif 
səthi emal texnologiyaları ilə əldə oluna bilər. 
Məsələn, poladın azotlanması ilə 900-1300kq/mm
2

termodiffuziyalı 
xromlama 
ilə 
poladlarda 
1600kq/mm
2
-a qədər, çuqunlarda isə 1900 kq/mm
2
-a 
qədər bərklik almaq mümkündür. Məlumdur ki, 
poladların bərkliyi artdıqca, onların xüsusən abraziv 
yeyilməyə qarşı müqaviməti kəskin şəkildə artacaqdır. 
Ən çox yeyilməyədavamlılıq xromlanmış poladlarda, 
sonra azotlanmış, sementlənmiş, sianlanmış və 
nəhayət tablanmış legirli və karbonlu poladlarla əldə 
olunur. Amma, səthin emalında tətbiq olunan bir çox 


92 
proseslər zamanı detalın həcmi qızması texnoloji 
prosesin gedişində arzuolunmaz təsirlərə gətirib 
çıxardığından, yalnız səthi qızdırmaqla (yüksək 
tezliklli 
cərəyanla, 
elektrokontakt, 
qaz-alov, 
konsentrasiya olunmuş enerji axını və s. üsullarla 
yalnız səthin qızdırılması) ona lazımi tribotexniki 
xüsusiyyətlərin 
verilməsi 
mütəxəsislər 
üçün 
maraqlıdır.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin