F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə82/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Ştamp
Matrisa
Pəstah
Qarşı ştamp
 


178 
III - Bişirmə 
Legirləyici elementləri ərimə temperaturundan 
aşağı temperaturda aparılan bişirmə zamanı, “yaşıl 
hissələr” ərimir. Ovuntu hissəcıkləri bir-birləri ilə 
diffuziya vasitəsi ilə birləşərək detalların mexaniki 
xüsusiyyətlərinə kəskin təsir edir. Həmçinin, müəyyən 
olunmuş bişirmə temperaturu materialın bərkliyinin 
artmasına səbəb ola bilər.
 
Şəkil 8.5. Bişirmə. 
 
IV - Kalibrləmə və ştamplama 
Kalibrləmə və ştamplamada ölçü dəqiqliyi və 
həmçinin sıxlıq artırılaraq, səthin kələ-kötürlüyü tələb 
olunan həddə çatdırılır (şək. 8.6.). Növbəti əməliyyat 
olaraq termiki emalla bərkliyin artırılması da 
mükündür. Başqa formavermə üsullarında əlavə emal 
proseslərinin vacibliyi, bişirmə üsulunun əhəmiyyətini 
daha da artırır.


179 
 
Şəkil 8.6. Kalibrləmə və ştamplama. 
V - Mərhələ - Yağ hopdurma 
Kalibrləmə və ştamplamadan sonra hissələr 
vakummda yağla hopdurulur (şək. 8.7.). Hİssələrin 
istismar şəraitindən (yüklənmədən, temperaturdan, 
dövrlər sayından və s.) asılı olaraq, yağlayici 
maddələrin növü seçilir. 
 
Şəkil 8.7. Hissələrə vakuumda yağ hopdurma. 


180 
8.2. Öz-
özünü yağlayan bişirilmiş yastıqların 
üstünlükləri
Yağ hopdurulmuş bişmiş (zinter) yastıqlar yüksək 
yüklənmə və funksiya təminatına malik olub
xidmətsiz və öz-özlərini yağlayan konstruksiya 
elementləridir.
Bişmiş yastıqlar sürüşmə yastıqlarının bir növü 
olub, onlarda yastıq massiv materialdan deyil, 
bişirilmiş materialdan ibarət olur. Bu materiallar tam 
kip olmadığından yağlama zamanı səmərə əldə olunur. 
Yağlayici maddə məsamələrə daxil olarq orada qalır.
Öz-özünü yağlayan bişmiş yastıqlarda məsamənin 
həcmi ümumi həcmin 20-30%- ni təşkil edir. Burada 
olan yağın miqdarı yastığın istismarı dövründə kifayət 
edir. İstismar zamanı val ilə yastıq arasında yağ 
təbəqəsi əmələ gəlir və kapilyar təsirlə elastiki 
deformasiya və istilik mübadiləsinə səbəb olur. 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin