F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 13.6. Bərk aktiv maddəli lazer qurğusunun sxematik



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə96/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
Şəkil 13.6. Bərk aktiv maddəli lazer qurğusunun sxematik 
quruluşu. 
Rezonator yüksək əksetdirmə qabiliyyətinə malik 
müstəvi güzgülərlə birgə qazboşalma borusudur. 
Güzgülər bir – birlərinə qarşı bir ox üzərində dəqiq 
parallel yerləşdirilir. Güzgülərə şaquli istiqamətdə 
düşən təbii emissiya əks olunaraq dayanan dalğa 
əmələ gətirir və bu dalğa aktiv materialdan keçdıkdə 
həyəcanlandırılmış emissiya (şüalanma) hesabına qar 
uçqunu formasında böyüyür və gücləndirilir. Bununla 
Tam əksetdirən güzgü 
Qismən əksetdirən güzgü 
Rezonator 
Aktiv maddə 
Lampa 
Cərəyan mənbəyi 
Həyəcanlandırma mənbəyi 
Lazer şüası 
Həyəcanlandırıcı işıq 


218 
da qısa müddətə lazer üçün aktiv olan atomların nasos 
tezliyi ilə vurulan enerji hesabına güclü intensivlik 
yaranır. Yəni, həyəcanlandırılmış atomun aşağı enerji 
səviyyəsinə keçməsi ilə azad olunan enerji nəticəsində 
təbii foton rezonator içərisində hərəkət edir. Belə 
fotonlar öz tezlik və fazalarına sinxron olaraq, aktiv 
maddə daxılındə yeni hayacanlanmalar yaradırlar. 
Rezonatorun güzgüləri arasında əks olunan dayanmış 
dalğa fasiləsiz əks olunaraq, öz – özünü gücləndirir.
Dayanan dalğanın uzunluğu ilə çoxlu sayda 
dalğaların uzunluqları arasında mütənasiblik vardır.
Bu cür dayanan rəqslər optik rezonatorun „oxboyu 
sərbəst rəqslər“-i (longitudinalen Eigenschwingungen) 
və ya „Rejimlər“-i (Moden) adlandırılır.
Həyəcanlandırılmış emissiya nəticəsində əmələ 
gələn işıq dalğası o halda gücləndirilə bilər ki, onun 
tezliyi rezonatorun sərbəst tezliyi ilə üst-üstə düşsün. 
Güzgülərdə kifayət qədər olmayan əks olunma və bir 
mühitdən başqa bir mühitə keçmə və təbii emissiya 
hesabına itgilər baş verir ki, bu da istilik əmələ 
gəlməsi ilə nəticələnir. Lazer mühitində gücləndirmə 
bütün itgiləri üstələdikdə öz-özünü həyəcanlandırma 
hesabına lazer osillasiyası (generasiyası) baş verir.
Hər iki güzgüdən biri nisbətən şəffafdır. Belə ki, 
yüksək enerji sıxlığına və koherentliyə malik lazer 
şüası kənara çıxa bilir. Bu o halda baş verir ki, 
dayanan dalğanın intensivliyi nisbətən şəffaf 
güzgünün sərhəd qiymətini keçir. Yəni, gücləndirilmiş 
işıq lazerin şəffaf güzgüsündən əks oluna bilməyib, 


219 
kənara çıxır. Lazerin aktiv elementinin ölçüsünün 
artırılması ilə onun gücünü daha da yüksəltmək olar.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin