Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə44/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   40   41   42   43   44   45   46   47   ...   84
Dənizdə təhlükəsizlik

Temperatur bildiriciləri
maksimal, diferensial və maksimal-diferensial
bildiricilərə bölünürlər. 
Maksimal temperatur bildiriciləri
otaqda havanın temperaturunun
kəmiyyətinə reaksiya verirlər: temperatur müəyyən – təyin olunmuş qiymətə qədər
artarkən onlar
 
elektrik kontaktlarını dəyişdirir (qapadır) və bununla da siqnal
impulsu əmələ gəlir. 
Maksimal bildiricilər quruluşu və iş prinsipinə görə bir-birindən
fərqlənirlər. Maksimal bildiricilərin adi tipləri bunlardır: 
- biometallik:

biometallik lövhəli (plastinkalı) bildirici; 

ani fəaliyyətli biometallik diskli bildirici;
- Əriyən metalla:

əriyən metal qoyma ilə bildirici.
Mayeli:

genişlənən maye ilə bildirici. 
Diferensial temperatur bildiriciləri
temperaturun müəyyən artma
sürətinə reaksiya verir. Əgər təyin edilmiş temperatur üstələnərsə, verici
siqnalizasiya dövrəsinə daxil olan impulsu əmələ gətirir. Daha aşağı sürətlərdə
impuls yaradılmır.
Diferensial bildiricilər aşağıdakı üstünlüklərə malikdirlər:

temperaturun yavaş-yavaş yüksəlməsi cihazın işə düşməsinə səbəb olmur; 

cihazları aşağı temperaturlu (sərinləşdirilən otaqlarda) və yüksək temperaturlu
(qazanxana bölmələrində) otaqlarda istifadə etmək olar; 

əgər yanğın zamanı dağılmayıblarsa, onları sonrakı istifadə üçün tezliklə bərpa
etmək olar.
Diferensial bildiricilərin nöqsanlarından aşağıdakıları qeyd etmək
lazımdır: 
100



əgər temperaturun tez qalxması yanğınının nəticəsi deyilsə, onlar yanlış siqnal
verə bilərlər, məsələn: qızdırıcı cihaz işə salınan zaman və ya bildiricinin
yaxınlığında odla əlaqəli işlər görülərkən; 

temperaturun yavaş-yavaş qalxmasına səbəb ola biləcək közərtili yanğın,
məsələn: kip yığılmış yükdə baş vermiş yanğın bu tipli bildiricini işə salmaya
bilər. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin