Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə84/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   76   77   78   79   80   81   82   83   84
Dənizdə təhlükəsizlik

Ədəbiyyat
1. DHDNQ-78 haqqında beynəlxalq konvensiya
2. 1974-cü il tarixli Dənizdə insan həyatının mühafizəsi üzrə beynəlxalq
konvensiya (SOLAS-74)
3. Gəmi xilasetmə vasitələri üzrə beynəlxalq məcəllə (LSA məcəlləsi)–2010-cı il 
4. Gəmiçiliyin Rusiya dəniz reqistri. Dəniz gəmilərinin təchizatı üzrə qaydaları –
1995-ci il. 
5. Konopelko Q.İ., Kurquzov S.S., Maxin V.P. Dənizdə həyatın mühafizəsi: Ali
tədris müəssiələri üçün dərslik. D.:Nəqliyyat – 1990-cı il – 270 səh.
6. Dunayevskiy Y.İ. Balıq sənayesi donanması gəmilərinin davamlılığı uğrunda
mübarizə və xilas edilməsi. D.:Yüngül və yeyinti sənayesi, 1982-ci il–288 səh.
7. Coxswain: Four day offshore basic totally enclosed survival craft coxswain
course. – MTS. – 73 p.
174

Document Outline

  • 1.4.2. Xilasetmə qayıqlarının müxtəlif növləri
  • Buraxma mexanizmi elə quraşdırılmalıdır ki, gəmi göyərtəsində nəzərdə tutulan yerdən, eləcə də qayığın özündən bir nəfər onu hərəkətə gətirə bilsin. Buraxma qurğusu tam sayda insanlar və təchizatla yüklənmiş qayığın endirilməsini dayandırmağa və onu etibarlı saxlamağa qadir olan əyləclərlə təchiz edilməlidir. Qayığın endirilməsi yalnız operator əyləc qulpuna təsir göstərən zaman baş verməlidir. Əgər qulp buraxılıbsa, endirmə dayandırılır.
  • Endirmə-qaldırma qurğusu xilasedici qayığın onun komandası ilə birlikdə qaldırılmasını təmin edir.
  • Buraxma qurğusu ona aid olan bütün mexanizmlərlə 100-yə qədər diferent və istənilən borta 200-yə qədər yana əyilmə zamanı həm qayıq üçün nəzərdə tutulan tam insan sayı ilə, həm də insanlar olmadan xilasetmə və növbətçi qayıqların tam təchizatla təhlükəsiz endirilməsini təmin etməlidir. Neft tankerlərində, tanker-kimydaşıyıcılarda və tanker-qazdaşıyıcılarda buraxma qurğuları son hədd yana əyilmə bucağı zamanı əyilmiş bortdan xilasetmə qayıqlarının endirilməsini təmin etməlidir.
  • Ümumi tutumu 20 min registr ton və artıq olan yük gəmilərində irəliyə hərəkət zamanı, sakit suda 5 mil/saata qədər sürətlə gedən gəminin, zəruri hallarda falinləri istifadə etməklə xilasetmə qayıqlarının endirilmə imkanını nəzərdə tutulmalıdır.
  • Hər üzmə bölməsi əl ilə hava vurma və buraxma üçün qayıtmaz klapan, həmçinin qoruyucu klapan ilə təchiz edilir. Hava ilə doldurulmuş qayığın dibinin aşağı səthində və digər ən zəif yerlərində gücləndirilmiş zolaqlar nəzərdə tutulur.
  • İşıqqayıtarıcı materialın zolaqları növbətçi qayığın səthinə xilasetmə qayığında olduğu kimi yapışdırılır.
  • Növbətçi qayıq stasionar və ya asılma mühərrik ilə təchiz edilməlidir. Asılma benzin mühərrikinin yanacaq bakları xüsusi olaraq od və partlayışlardan qorunmalıdır. Mühərrik 6mil/s sürətlə azı 4 saat ərzində qayığın manevrlərini təmin etməlidir.
  • Qayığın təchizatına azı 2mil/s sürətlə, tam sayda insan və təchizatla yüklənmiş gəmidə mövcud olan xilasedici sallardan ən böyüyünü yedəkləmək üçün kifayət edən möhkəmliyə, azı 50m uzunluğa malik olan üzən lin daxil olmalıdır.
  • Növbətçi qayıq elə qaydada qoyulmalıdır ki, 5 dəqiqədən artıq olmayan zaman ərzində endirilməyə daimi hazır vəziyyətdə olsun. Hava ilə doldurulmuş növbətçi qayıq daima tam doldurulmuş vəziyyətdə olmalıdır.
  • Növbətçi qayıqların endirmə qurğusu tam sayda insan və təchizatla olan qayığı sudan qaldırmaq üçün kifayət edən gücdə mexaniki ötürücüsü olan bucurqadla təchiz edilməlidir.
  • Xilasedici qayıq o şərtlə növbətçi qayıq ola bilər ki, növbətçi qayıqlara qoyulan tələblərə cavab versin.
  • Növbətçi sürətli qayıqlar
  • Növbətçi sürətli qayıqların quruluşu elə olmalıdır ki, onları havanın və dənizin istənilən şəraitlərində təhlükəsiz endirmək və qaldırmaq mümkün olsun.
  • Növbətçi sürətli qayıqlar, onların hava ilə doldurulan konstruksiyaları və ya stasionar burazlama döşəkçələri daxil olmaqla, 6 m-dən az və 8,5 m-dən çox olmayan gövdə uzunluğa malik olmalıdırlar.
  • Növbətçi sürətli qayıqlar gəminin istismar rayonunda gözlənilən temperaturlar zamanı istifadə üçün yararlı olan kifayət qədər yanacaqla təmin edilməli; 3 nəfərlik komanda ilə sakit suda azı 20 mil/s, insanların və təchizatın tam komplekti ilə - 8 mil/s sürətlə azı 4 s zaman ərzində manevretməni təmin etməyə qadir olmalıdırlar.
  • Növbətçi sürətli qayıqlar özübərpaolunan və ya qayıq komandasının
  • 2-dən artıq olmayan nəfərinin səyi ilə asanlıqla bərpaedilən olmalıdır.
  • Növbətçi sürətli qayıqlar özüboşalan və ya sudan tezliklə azad olmağa imkan yaradan olmalıdır.
  • Növbətçi sürətli qayıqlar sükançının yerindən rumpeldən ayrı olan şturvaldan idarə olunmalıdırlar. Həmçinin sükanın, su şırnağının və ya bortarxası mühərrikin birbaşa idarə edilməsi – qəza idarəetmə sistemi olmalıdır.
  • Növbətçi sürətli qayıqların mühərrikləri qayıq aşarkən avtomatik olaraq sönməli və ya sükançının yerindən qəza elektrik açarı ilə söndürülmə imkanına malik olmalıdırlar. Qayıq normal vəziyyətə qayıtdəqdan sonra, hər mühərrik qəza elektrik açarı ilə, əgər o varsa və ilkin vəziyyətə qaytarılıbsa, təkrarən işə düşməlidir. Mühərrikin yanacaq və sürtkü yağı qurğulqrı elə olmalıdır ki, növbətçi qayığın aşması halında 250 ml-dən artıq yanacaq və yağ itkisinin qarşısı alınsın.
  • Növbətçi sürətli qayıqlar, imkan dairəsində, asan və təhlükəsiz işləyən birnöqtəli stasionar asılma qurğusu və ya ona bərabər qurğu ilə təchiz edilməlidir.
  • Sərt növbətçi sürətli qayıq elə qaydada qurulmalıdır ki, birnöqtəli asılmada asılmış vəziyyətdə olarkən, yüklənmə çıxarıldıqdan sonra qalıq deformasiya qalmadan, qayığın insanlar və təchizatının tam komplektilə onun kütləsini 4 dəfə üstələyən yüklənməyə tab gətirmək üçün kifayət qədər möhkəmliyə malik olsun.
  • Növbətçi sürətli qayığın adi təchizatına əl ilə idarəetməni tələb etməyən və suburaxmayan UQD radiorabitə qurğusu daxil olmalıdır.
  • 1.4.6. Hava ilə doldurulan xilasedici sallar
  • 1 metr hündürlükdə quraşdırılan cavabverici, antenasının hündürlüyü 15m olan gəmi RLS-nin siqnalının qəbul edilməsini və azı 5 mil, 2500 metr hündürlükdə olan təyyarə RLS-dən isə azı 30 mil məsafədə cavab siqnalının işlənib hazırlanmasını təmin etməlidir.
  • 2. Yanğının yaranma şərtləri (yanğın üçbucağı).
  • Məlumdur ki, istənilən şərtlərdən (üçbucağın zirvələrindən) biri istisna edilərkən yanmanın baş verməsi mümkün deyil. Əksər hallarda alışma mənbələrinin (elektrik şəbəkələrinin, isitmə sistemlərinin saxlanılması, yanğın əleyhinə rejimin yaradılması, əhaliyə və işçilərə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi və s.) istisna edilməsinə yönəldilən tədbirlər görülür. Çox vaxt buna əlavə olaraq, ayrı-ayrı otaqlarda yanar mühitin istisna edilməsinə və məhdudlaşdırılmasına (dəhlizlərin, nərdivan qəfəslərinin, xolların, insan kütlələri olan zalların və s. örtüklənməsinə qoyulan tələblər) yönəldilən tədbirlər görülür.
  • 2.2. Yanğın əleyhinə arakəsmələrdə qapıların, şaxtaların, çıxışların və digər dəliklərin örtmələri
  • 2.3. Yanğının gəmidə yayılma yolları. Gəmi üzrə dartma qüvvəsini, tüstü və alovun yayılmasını məhdudlaşdıran tədbirlər
  • 2.4. Yanğın siqnalizasiya sistemləri
  • 2.5. Partlama təhlükəli tezalışan maddə və materiallar saxlanclarının
  • quruluşuna və saxlanmasına SOLAS-74 Konvensiyasının tələbləri
  • 2.6. Yanğınsöndürmənin əməliyyat-taktiki xəritələri (ƏTX)
  • və əməliyyat-taktiki planları (ƏTP)
  • 2.7. Gəmilərdə yanğın əmələ gəlməsinin əsas səbəbləri.
  • Yanğın xəbərdaredici tədbirlər.
  • 2.8. Gəmi yanğınlarının söndürülməsi taktikası.
  • 3. Su sızması ilə mübarizə.
  • 3.1. Dəliyin taxta tıxacla, pazla, rezin döşəkcəli və
  • şaybalı boltla tutulması.
  • 3.2. PB-1 sıxıcı bolt ilə metal plastırın qoyulması
  • 3.3. Metal klapanlı plastırın quraşdırılması
  • 3.4. Taxta plastırların hazırlanması və dəliklərin tutulması.
  • 3.5. Yumşaq plastırın quruluşu və qoyulması.
  • 3.6. Dəliklərin betonlanması.
  • Süni nəfəsverməni keçirmək üçün müasir portativ əl nəfəs aparatları tətbiq oluna bilər. Bu cür aparatlar zərərçəkənin başına geydirilən maskalarla təchiz olunur. Bu aparat vasitəsilə ciyərlərə 2 litrə qədər hava üfürmək olar. Hava çıxarılma passiv həyata keçirilir, bunun üçün aparatda xüsusi klapan nəzərdə tutulmuşdur.
  • Lakin hər zaman elektrik cərəyanı ilə zədələnmiş insanı yalnız süni nəfəsvermə ilə canlandırmaq mümkün olmur. Nəfəsin dayanması səbəbindən oksigenin qandan itməsi artıq bir neçə dəqiqədən sonra asfiksiya (boğulma) nəticəsində ürəyin ikinci dəfə dayanmasına gətirib çıxarır. Əgər ürək baş vermiş fibrilyasiya nəticəsində döyünmürsə, təkcə süni nəfəsvermə (hətta vaxtında başlanmış) belə orqanizmin canlanmasına gətirib çıxara bilmir. Bu hallarda süni nəfəsvermədən başqa qan dövranının bərpası üçün tədbirlər götürülməlidir. Bu məqsəd üçün ürəyin qapalı (qeyri-açıq) masajı tətbiq edilir.
  • 4.13. Aşındırıcı maddələrlə zəhərlənmə zamanı ilk yardım
  • 4.16. Suda boğulana ilk yardım
  • 4.17. Yad cisimlər
    • 6. Digər xilasetmə vasitələri
    • 6.1. İptullayıcı qurğular
    • Hər iptullayıcı qurğu:
    • kifayət edən dəqiqliklə ipin atılmasını təmin etməli;
    • azı dörd raketə malik olmalı, hansılardan ki, hər biri küləksiz havada ipin azı 230 metrə məsafəyə tullanılmasını təmin edir;
    • hər biri azı 2 kN qırılma gücünə malik olmaqla azı dörd ipdən ibarət olmalı;
    • iptullayıcı qurğunun istifadə qaydalarını izah edən qısa təlimata və ya şəkillərə malik olmalıdır.
    • Raket, əgər o, tapança vasitəsilə atılırsa və ya komplekt, əgər raket və ip özündə vahid tamlığı təmsil edirsə, suya davamlı gövdədə olmalıdır. Bundan əlavə, əgər raket tapança vasitəsilə atılırsa, ip və raket fitil vasitələrilə birlikdə, onların ətraf mühitin təsirindən mühafizəsini təmin edən yeşikdə saxlanılmalıdırlar.
    • 6.2. Ümumgəmi qəza-xəbərdaredici siqnalizasiya və
    • uca səsli rabitə sistemi
    • Ümumgəmi qəza-xəbərdaredici siqnalizasiya gəmi fiti və ya sirena ilə və əlavə olaraq elektrik zəngi və ya uğultu ilə və yaxud əsas və qəza elektrik enerji mənbəyindən işləyən digər bərabər səs siqnalı qurğusu ilə verilən yeddi və ya daha qısa səs siqnallarından və onun arxasınca gələn bir uzun səs siqnalından ibarət ümumgəmi həyəcan siqnalının verilməsini təmin etməlidir. Gəmi fiti istisna olmaqla, siqnalizasiya hərəkət körpücüyündən və digər əsas postlardan işə salınmalıdır. Siqnal sistem işə salınandan əl ilə dayandırılana kimi və ya uca səsli rabitə sistemi üzrə verilən məlumatla kəsilənə qədər səslənməlidir.
    • Gəminin daxili otaqlarında və xarici yerlərində siqnalın səs təzyiqinin minimal səviyyəsi 80 dB(A) və havanın mülayim şərtlərində gəmi hərəkətdə olarkən avadanlığın adi işi zamanı küy fonunun səviyyəsindən heç olmasa 10 dB(A) yüksək olmalıdır.
    • Kayutlardakı yataq yerlərində və vanna (duş) otaqlarında siqnalın səs təzyiqinin minimal səviyyəsi 75 dB(A), lakin onlarda olan küy fonunun səviyyəsindən heç olmasa 10 dB(A) yüksək olmalıdır.
    • Uca səsli rabitə sistemi adətən ekipaj üzvləri və ya sərnişinlər və yaxud onların birgə olduqları otaqlara və eləcə də toplanış yerlərinə məlumatların ötürülməsinə imkan yaradan səsucaldıcıların qoyulmasını nəzərdə tutmalıdır. Sistem hərəkət körpücüyündən və gəminin digər yerlərindən radioverilişlər aparmağa imkan yaratmalıdır. Səsucaldıcılar son hədd akustik şərtlər nəzərə alınmaqla quraşdırılmalı və dinləyicilərdən heç bir fəaliyyət tələb etməməlidirlər. Sistem icazəsiz istifadəni istisna etməlidir.
    • Gəmi adi şəraitlərdə hərəkətdə olarkən qəza məlumatları ötürülən zaman səs təzyiqinin minimal səviyyəsi:
    • daxili otaqlarda – 75 dB(A) və insan nitqi səviyyəsindən heç olmasa 20 dB(A) yüksək olmalıdır;
    • açıq göyərtələrdə - 80 dB(A) və insan nitqi səviyyəsindən heç olmasa 15 dB(A) yüksək olmalıdır.
    • 7. Həyəcanlar üzrə xəbərdaretmə
    • “Qısa səs” termini təqribən 1 san davamiyyəti olan siqnalı bildirir. “Uzun səs” termini davamiyyəti 4-dən 6 saniyəyə kimi olan siqnalı bildirir.
    • Gəmilərdə “Ümumgəmi”; “Bort arxasında insan”; “Qayıq”; “Kimya həyəcanı”; “Radiasiya təhkükəsi” həyəcan növləri təyin edilmişdir.
    • Ümumgəmi həyəcanı kapitanın növbə köməkçisi tərəfindən (şəraiti nəzərə alaraq sərbəst surətdə və ya kapitanın göstərişi üzrə) aşağıdakı hallarda elan olunur:
    • - ehtimal edilən hansısa təhlükənin qarşısını almaq üçün gəmini əvvəlcədən hazırlamaq zəruriyyəti yarandıqda;
    • - gəminin içinə bortarxası su daxil olarkən;
    • - gəmidə partlayış, yanğın, qaz sızması baş verərkən və ya yanğının ilk əlamətləri - tüstü, yanıq və qazların iyi aşkar edilərkən;
    • - digır qəza hallarında.
    • BK SOLAS-74-nün və Xilasetmə vasitələri üzrə beynəlxalq məcəllənin (LSA məcəlləsi) 7.2.1.1. qaydasının tələblərinə müvafiq olaraq ümumgəmi həyəcan siqnalı gəmi fiti və ya sirena ilə və əlavə olaraq elektrik zəngi və ya uğultu ilə və yaxud digər bərabər səs siqnalı qurğusu ilə verilən yeddi və ya daha qısa səs siqnallarından və onun arxasınca gələn bir uzun səs siqnalından ibarətdir.
    • Həyəcan siqnalı bütün gəmi otaqlarında, eləcə də adətən ekipaj üzvlərinin işlədikləri və ya məşğul olduqları yerlərdə eşidilməlidir.
    • Limanda dayanan zaman ümumgəmi həyəcan siqnalı gəmi zənginə tez-tez vurulan zərbələrlə və ya xarici limanın ənənələri üzrə digər siqnal ilə müşaiyət edilir.
    • QEYD. Limanda daynarkən gəmidə və ya onun yaxınlığında yanğın baş verərkən, eləcə də digər qəza hallarında növbə matrosu sərbəst olaraq həyəcan elan edir, kapitanın növbə köməkçisi gəldikdən sonra isə onun sərəncamları əsasında fəaliyyət göstərir.
    • “Bort arxasında insan” həyəcanı insan öz gəmisindən bort arxasına düşərkən və yaxud suda kənar şəxs aşkar edilərkən kapitanın növbə köməkçisi tərəfindən elan edilir. “Bort arxasında insan” həyəcanının siqnalı uca səsli zəng və ya fit ilə verilən üç uzun səsdir.
    • Siqnal uca səsli rabitə üzrə təkrarlanır və 3-4 dəfə deyilir.
    • “Qayıq həyəcanı” gəminin məhv olma təhdidi yaranarkən gəmi kapitanının əmri üzrə elan edilir, haçan ki, sərnişinlərin və ekipajın onu tərk etmə zəruriyyəti yaranır.
    • Qayıq həyəcanı siqnalı Ümumgəmi həyəcanında olduğu kimidir və uca səsli gəmi rabitə sistemi üzrə həyəcanın növü barədə bildirişlə dayandırılır.
    • “Radiasiya təhlükəsi” həyacanının siqnalı–bir qısa və iki uzun səsdir, 2 san intervalı ilə 3 dəfə təkrarlanır və uca səsli gəmi rabitə sistemi üzrə həyəcanın növü barədə bildirişlə müşayiət olunur.
    • “Kimya həyəcanı” siqnalı–dörd qısa və bir uzun səsdir, 2 san aralıqla 3 dəfə təkrarlanır, uca səsli gəmi rabitə sistemi üzrə həyəcanın növü barədə bildirişlə müşayiət olunur.
    • Sərnişin gəmilərində xarici sərnişinlər olarkən həyəcan siqnalları müvafiq xarici dillərdə səslə təkrarlanır.
    • Dəlik yaranarkən, qaz sızması və ya yanğın baş verərkən, imkan dairəsində, onların yeri göstərilir.
    • Translyasiya olmadıqda həyəcanın növü, dəliyin və ya yanğının yeri istənilən hər hansı vasitə ilə elan edilir.
    • Həyəcanın bitməsi translyasiya üzrə səslə elan edilir.
    • BKM (baş komanda məntəqəsi) ilə qəza partiyaları arasında rabitə daşınan ikitərəfli radiotelefon rabitə aparaturası, telefon, gəmi translyasiyası, əlaqəçilər vasitəsilə həyata keçirilir.
    • QEYD. Qazdaşıyanlarda və partlayış təhlükəli qatışıqlar yaradan təhlükəli yüklər daşıyan gəmilərdə, daşınan ikitərəfli radiotelefon rabitə aparaturası partlayışdan mühafizəli istehsalda olmalıdır.
    • Təlim həyəcanları yalnız kapitanın göstərişi üzrə elan edilir. Həyəcanını keçirilməsi və təlim həyəcanları zamanı davranış qaydaları haqqında sərnişinləri əvvəlcədən xəbərdar etmək lazımdır. Bu barədə elan azərbaycan və müvafiq xarici dillərdə edilməlidir.
    • Uca səsli gəmi rabitə sistemi üzrə təlim həyəcanları elan edərkən həyəcan növünü “təlim” sözü qabaqlamalıdır.
    • Sərnişin (ekspedisiya) gəmilərində ümumgəmi həyəcanı elan edilərkən, kayutda yanğın zamanı və yaxud gəmidə yanğın və ya onun əlamətlərini aşkar edərkən, su basması və yaxud illüminatorlardan və ya digər dəliklərdən suyun daxil olması zamanı sərnişinlərin fəaliyyətləri göstərilməklə onlar üçün əyani məlumatlar və gəmi adminstrasiyasının zəruri hesab etdiyi digər məlumatlar təmin olunmalıdır. Gəminin reysindən və gəmidə xaricilərin varlığından asılı olaraq məlumatlar azərbaycan, ingilis və müvafiq xarici dillərdə olmalı, stend şəklində tərtib edilməli və sərnişin otaqlarının vestibüllərində yerləşdirilməlidir.
    • Gəmidə partlayış zamanı ekipaj ümumgəmi həyacanı zamanı olduğu kimi fəaliyyət göstərir. Partlayış zamanı və ya “Bölmələrə baxış keçirilsin” komandası üzrə gəmi cədvəlləri ilə bölmələrə baxış keçirmək üçün qəza partiyalarının tərkibindən insanların ayrılması nəzərdə tutulmalıdır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin