Gəmilərdə “Ümumgəmi”; “Bort arxasında insan”; “Qayıq”; “Kimya
həyəcanı”; “Radiasiya təhkükəsi” həyəcan növləri təyin edilmişdir.
Ümumgəmi həyəcanı
kapitanın növbə köməkçisi tərəfindən (şəraiti nəzərə
alaraq sərbəst surətdə və ya kapitanın göstərişi üzrə) aşağıdakı hallarda elan
olunur:
- ehtimal edilən hansısa təhlükənin qarşısını almaq üçün gəmini əvvəlcədən
hazırlamaq zəruriyyəti yarandıqda;
- gəminin içinə bortarxası su daxil olarkən;
- gəmidə partlayış, yanğın, qaz sızması baş verərkən və ya yanğının ilk
əlamətləri - tüstü, yanıq və qazların iyi aşkar edilərkən;
- digır qəza hallarında.
BK SOLAS-74-nün və Xilasetmə vasitələri üzrə beynəlxalq məcəllənin
(LSA məcəlləsi) 7.2.1.1. qaydasının tələblərinə müvafiq olaraq ümumgəmi
həyəcan siqnalı gəmi fiti və ya sirena ilə və əlavə olaraq elektrik zəngi və ya uğultu
ilə və yaxud digər bərabər səs siqnalı qurğusu ilə verilən yeddi və ya daha qısa səs
siqnallarından və onun arxasınca gələn bir uzun səs siqnalından ibarətdir.
Həyəcan siqnalı bütün gəmi otaqlarında, eləcə də adətən ekipaj üzvlərinin
işlədikləri və ya məşğul olduqları yerlərdə eşidilməlidir.
Limanda dayanan zaman ümumgəmi həyəcan siqnalı gəmi zənginə tez-tez
vurulan zərbələrlə və ya xarici limanın ənənələri üzrə digər siqnal ilə müşaiyət
edilir.
QEYD.
Limanda daynarkən
gəmidə və ya onun yaxınlığında yanğın baş
verərkən, eləcə də digər qəza hallarında növbə matrosu sərbəst olaraq həyəcan elan
edir, kapitanın növbə köməkçisi gəldikdən sonra isə onun sərəncamları əsasında
fəaliyyət göstərir.
“Bort arxasında insan” həyəcanı
insan öz gəmisindən bort arxasına
düşərkən və yaxud suda kənar şəxs aşkar edilərkən kapitanın növbə köməkçisi
tərəfindən elan edilir.
“Bort arxasında insan” həyəcanının siqnalı uca səsli zəng və
ya fit ilə verilən üç uzun səsdir.
Siqnal uca səsli rabitə üzrə təkrarlanır və 3-4 dəfə deyilir.
Dostları ilə paylaş: