nəzarət etmək lazımdır. Bundan sonra dərhal süni nəfəsverməyə başlamaq
lazımdır. Eyni zamanda isti su ilə olan şüşələrlə və ya qrelkalarla bədəni isidir,
qıcıqlanmış dərini isə mahud və ya yun əskilərlə ovuşdururlar. Bu zaman naşatır
spirti ilə isladılmış pambığı nəfəs çəkmək üçün zərərçəkənin burnuna
yaxınlaşdırmaq lazımdır. İslanan geyimi qurusu ilə dəyişir və ya zərərçəkəni quru
isti ədyal ilə örtürlər.
4.17. Yad cisimlər
Dərinin içinə və ya dırnaq altına düşən yad cismi çıxartmaq olar, əgər
əminlik var ki, bunu asanlıqla və tamamilə etmək mümkündür. Cüzi çətinlik
olarkən bunu həyata keçirməyi həkimə həvalə etmək lazımdır. Xaric etdikdən
sonra yaralanan yerə yod məhlulu sürtmək və sarğı qoymaq lazımdır.
Gözə düşmüş yad cisimlər, ən yaxşısı zərərçəkəni sağlam tərəfinə
uzadaraq gözün kənar küncündən (gicgahdan) daxilə (buruna) tərəf şırnağı
yönəldərək, bor turşusunun, təmiz suyun şırnağı ilə və ya nəm tamponla yumaqdır.
Gözü silmək lazım deyil.
Yad cisim nəfəs boğazında və qida borusunda olan yad cisimləri həkimsiz
xaric etmək lazım deyil.
Dostları ilə paylaş: