Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Şə kil 4.18. Ombanın sınması zamanı şinanın qoyulması



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə77/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   73   74   75   76   77   78   79   80   ...   84
Dənizdə təhlükəsizlik

Şə
kil 4.18. Ombanın sınması zamanı şinanın qoyulması
Qabırğanın sınması.
Əlamətləri – nəfəsalma, öskürək, asqırma və
hərəkətlər zamanı ağrılardır. İLk yardım – sinəni möhkəm sarımaq və ya nəfəs
çıxarma zamanı məhrəba ilə çəkib bağlamaq.
Əzilmələr.
Əgər əminlik var ki, sınma və ya çıxma deyil, yalnız əzilmə
mövcuddur, əzilmə yerinə soyuq əşya (qar, buz, soyuq su ilə isladılmış əski)
qoymaq, əzilən yeri bintlə kip sarğılamaq lazımdır. Əgər dəri yaralanmayıbsa, yod
sürtmək, ovmaq, isidici kompres qoymaq lazım deyil - bütün bunlar yalnız
ağrıların artmasına aparır. Qarın əzilən zaman, bayğınlıq vəziyyəti, sifətin kəskin
160


solğunlaşması və möhkəm ağrılar zamanı (sonrakı daxili qanaxma ilə daxili
orqanların partlaması ehtimalı) zərərçəkəni dərhal xəstəxanaya göndərmək
lazımdır. Yıxılma zamanı bütün bədənin ağır əzilmələri zamanı eyni qaydada
hərəkət etmək lazımdır.
Bağlar dartılan zaman,
məsələn, insan büdrəyərkən ayağın alt
pəncəsinin qatlanması (əlamətləri: oynaqda kəskin ağrılar və kiçik şişmə), ilk
yardım –soyuq, kip sarğılama və sakitlik.
Şok zamanı ilk yardım.
Yaralanma zamanı və ya yaralanmadan,
sümüklərin sınmasından, çıxmasından, möhkəm əzilmədən, yanıqdan və möhkəm
ruhi sarsıntısından bir neçə saat sonra xüsusi xəstə vəziyyət – şok yarana bilər.
Bu zaman əksər hallarda xəstə solğunlaşır, onun bədəni soyuqlaşır və
yapışqan tərlə örtülür; xəstə süst, key olur, ətraf şəraitə laqeyd yanaşır və tez-tez
huşunu itirir.
Şok vəziyyətinə düşəni yatağa uzatmaq və qrelka il isitmək lazımdır. Əgər
xəstə udma qadiriyyətindədirsə, isti çay və ya kofe, tünd çaxır vermək lazımdır.
Daxilə kofein tozu vermək tövsiyə edilir.
4.12. Ürək getmə, isti və günəş vurma zamanı ilk yardım
Təhdidedici ürək getmə zamanı (qəfil başgicəllənmədən,
ürəkbulanmadan, sinə sıxılmasından, hava çatışmamazlağından, gözlərin
qaralmasından şikayət) zərərçəkəni uzatmaq, başını endirmək və ayaqlarını yuxarı
qaldırmaq lazımdır.
Başa soyuq islatma dərmanlar və buz qoymaq qadağandır.
Qızmar otaqda (məsələn, ocaqxana), günün altında və ya rütubətli
küləksiz havada işləyən insan qəfil zəiflik və başağrısı hiss edəcək, xüsusən də
qətiyyətsiz yerişi, yırğalanması və s. ilə diqqəti cəlb edəcək, o, dərhal işdən azad
olunmalı və təmiz havaya və ya kölgəyə çıxarılmalıdır.
Əzginliyin kəskin əlamətləri (ürəyin zəif fəaliyyəti – arabir və ya zəif
nəbz, huşsuz vəziyyət, səthi, zəif, inildəyərək nəfəsalma, qıc olma) əmələ gələrkən
zərərçəkəni istiliyin sonrakı təsirindən dərhal qurtarmaq (qızmar otaqdan çıxarmaq,
161


sərin yerə keçirmək, soyundurmaq, bədənini soyutmaq, üzünü havalandırmaq,
başını və sinəsini islatmaq, soyuq su səpmək) lazımdır. Nəfəsalma dayandıqda və
ya pozulduqda zərərçəkənə süni nəfəsvermə tətbiq etmək lazımdır.
Karbon oksidi, o cümlədən dəm qazı, eləcə də işıq qazı, asetilen, benzin
buxarı ilə zəhərlənmə əksər hallarda isitmə və işıqlandırma cihazlarından düzgün
istifadə etməmək nəticəsində baş verir.
Dəm tutma tədricən və his olunmadan baş verir. Dəm qazının özü qoxuya
malik deyil. Onunla eyni zamanda əmələ gələn digər qazlar “dəm ilə” qoxuyur.
Həmən bu qazlar da havada karbon oksidinin əmələ gəlməsi barədə xəbərdarlıq
edirlər.
Dəm qazı ilə zəhərlənmə ilk növbədə başağrısı, ürəkdöyünmə və ümumu
zəifləmə ilə özünü büruzə verir. Dəm tutan ilk növbədə “qulaqdakı cingiltidən”,
“gicgahdakı tıqqıltıdan”, başgicəllənmədən və ürəkbulanmadan şikayətlənməyə
başlayır. Sonra isə qusma, nəfəsalmanın və ürək fəaliyyətinin zəifləməsi, huşsuz
vəziyyət başlayır. Əgər bu zaman dəm tutana təcili yardım göstərilməsə, ölüm baş
verə bilər.
Baş vermiş dəm tutma zamanı ilk növbədə zərərçəkəni dəmli otaqdan
təmiz havaya çıxartmaq lazımdır. İmkan dairəsində təcili olaraq oksigen yastığı
gətirmək və oksigenlə nəfəs vermək lazımdır.
Dəm qazı ilə zəhərlənmiş otağa girmək zəruriyyəti yaranarsa, yardım
göstərənlər və zərərçəkənlər müvafiq təcridedici nəfəsalma aparatları
geyməlidirlər. 
İlk yardım ürək getmədə olduğu kimi göstərilir.
Qusma baş verərkən dəm tutanı böyrü üstə qoymaq və yaxud başını yan
tərəfə çevirmək lazımdır.
Əgər zərərçəkən titrək, arabir nəfəs alırsa və ya ümumiyyətlə nəfəs
almırsa, həkim gələnə qədər ona süni nəfəsvermə etmək lazımdır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin