Əgər isidici vanna hazırlamaq mümkün deyilsə, qan dövranını masaj və quru hava
vannaları ilə bərpa edirlər. Masajı ehtiyatla, toxumaları zədələmədən, periferiyadan
don vurmuş ətrafın mərkəzinə tərəf etmək lazımdır.
Dəridə suluqlar, yumşaq toxumaların müxtəlif dərinliklərində keyləşmə,
sümük də daxil olmaqla bütün toxuma qatlarının keyləşməsi əmələ gəldikdə
xəstəni dərhal isti otağa keçirmək, zədələnən hissəni çirklənmədən və mikroblarla
yoluxmasından qorumaq lazımdır. Bunun üçün suluqları partlatmamağa çalışaraq
dərini spirtlə silir, steril sarğı qoyur və imkan daxilində xəstəni cəld lazaretə
göndərirlər. Bu halda həmçinin içmək üçün isti şirin çay və ya kofe vermək
lazımdır. Ümumu tədbirlərə aid olanlardan isidicilər (qrelkalar) və isti içki tətbiq
etmək lazımdır.
Dostları ilə paylaş: