Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu.
Bakı, 1996
11.
Tağıyev Ə. Fəlsəfə. Bakı, 2012
12.
Адорно Т. В. Негативная диалектика. Пер. с нем. Москва, 2003
13.
Алексеев П. В., Панин А. В. Теория познания и диалектика. М, 1991
14.
Берти Э. Древнегреческая диалектика как выражение свободы мысли
слова // Историко-философский ежегодник 1990. Москва, 1991
15.
Волчек Е.З. Философия (Учебник). Минск, 2003
16.
Габидулин Р. Основы философии. Москва, 2003
17.
Горелов А.А. Основы философии. (Учебник для вузов). Москва, 2010
18.
Диалектика и её критики. Москва, 1986.
19.
Диалектическое противоречие Москва, 1979
20.
Оруджев З. М.
Диалектика как система. Москва, 1973
3
GİRİŞ
Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika
dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi
müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm
məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin
bütün tarixi ərzində inkişaf etmişdir.
Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm
tarixi formasını təşkil etmişdir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika
dialektikanın üçüncü tarixi formasını təşkil edir. Bununla belə dialektikanın müxtəlif
variantları da ola bilər. Məsələn, neqativ dialektika, antonimik dialektika, paradoksal
dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur.
Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti
qəbul etməklə yanaşı, onların hərəkətindəki qayıtmazlığı, istiqamətliliyi, sistemin
keyfiyyətcə dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları inkişaf kimi
xarakterizə edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə yetirir
və dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir.
Onlardan ən başlıcaları olan hərtərəflilik, tarixilik və ziddiyyətlilik prinsiplərini
göstərmək olar. Dünya və idrakın öyrədilməsinə dair konsepsiyalardan və ya
metodlardan ən qədimi metafizikadır. Metafizika yunanca fizikadan sonra mənasını verir
və o, e.ə. I əsrdə Aristotelin əsərlərinin naşiri samoslu Andronikin elmə daxil etdiyi
anlayışdır. O, Aristotelin varlığın və idrakın ümumi problemlərindən bəhs edən
əsərlərini «Metafizika» adlandırmışdı. Metafizika təbiəti tədqiq etmək, öyrənmək
metodu kimi Yeni dövr fəlsəfəsində formalaşmışdır. O, təbiəti öz tərkib hissələrinə
parçalayaraq, həmin hissələrdən hər birini ayrılıqda, dəyişikliksiz və inkişafdan kənarda
öyrənmək metodundan ibarət olmuşdur.
Deyilənlərdən belə ümumi nəticəyə gəlmək olur ki, dialektika hərəkət və
inkişaf haqqında elm və universal idrak metodu olmaq etibarı ilə öz alternativlərindən
keyfiyyətcə fərqlənən bir elmdir. Onun bir elmi sistem olmaqla qanun və kateqoriya
aparatı, onların bir – birilə qarşılıqlı əlaqələri, nizamlılığı və sistemliyi vardır.
|