Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   4   5   6   7   8   9   10   11   ...   39
304 felsefe m N9dialektika eyani

qanun və 
qanunauyğunluq 
anlayışlarını nəzərdən keçirmək lazımdır. 
Fəlsəfədə hadisələrin qarşılıqlı səbəb əlaqələrinin müxtəlifiyinə baxmayaraq, 
onların öyrənilməsi çox müxtəlifdir. 
Ən ümumi formada qanun– şeylər, hadisələr və 
ya proseslər arasındakı müəyyən zəruri münasibətdir ki, bu da onların daxili tə-
biətindən, onların mahiyyətindən irəli gəlir. 
Qanun anlayışı obyektiv aləm 
hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın dərk etməsi 
pillələrindən biridir. Bu anlayış elm və fəlsəfənin uzun zaman davam edən inkişafı 
nəticəsində hasilə gəlmişdir.Hadisələr arasındakı hər cür əlaqə qanun deyildir. Qanun 
mahiyyət xarakteri daşıyan daxili əlaqədir. Qanun hadisələrin hərəkətində mahiyyət 
cəhətidir. Qanun və mahiyyət anlayışları eyni cür, eyni dərəcəli anlayışlardır. Məsələn, 
Mendeleyevin dövri qanunu elementin atom çəkisi ilə (indi deyildiyi kimi yükü ilə) 
onun kimyəvi xassələri arasındakı daxili mahiyyət əlaqəsini aşkara çıxarır. Mahiyyət 
dedikdə, daxili, sabit əlaqələr nəzərdə tutulur. Mahiyyət daxili bir cəhət olaraq, 
gerçəkliyin xarici dəyişən cəhətinə qarşı qoyulur. Biz: hadisə xaricidir, mahiyyət isə 
daxilidir– dedikdə bununla xarici və daxili cəhətlər məkan mənasında deyil, şeyin 
xarakteristikası üçün əhəmiyyəti cəhətincə bir– birinə qarşı qoyuruq. Sonra, qanun 
hadisələr arasında zəruri münasibətdir. Qanunauyğun əlaqələr müəyyən şəraitdə 
hökmən, zəruri qüvvə ilə fəaliyyət göstərir. Qalileyin kəşf etdiyi qanun– cisimlərin 
düşməsi qanunu ona görə qanundur ki, ayrılıqda hər hansı bir cisim təsadüfi surətdə 
deyil, bütün cismlər də həmişə yer səthinə 9,8 m/san2. təcillə düşür. Qanunun tələb 
etdiyi bütün şərait varsa, o, fəaliyyət göstərməyə bilməz. 
Qanun-predmet və hadisələr arasındakı obyektiv, ümumi, mühüm, zəruri, 
nisbi sabit və təkrarlanan, müəyyən şərait daxilində həmin hadisənin inkişaf 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin