İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 279 ____________________________
ŞƏBƏKƏLƏRDƏ İNFORMASİYANIN MÜDAFİƏ
PROBLEMİNİN HƏLLİ YOLLARI
İnternet şəbəkəsindən istifadə edən zaman informasiya
təhlükəsizliyi probleminin həlli yollarının axtarılması üçün asılı
olmayan konsersium ISTF (İnternet Security Task Force)
yaradıldı. ISTF ictimai təşkilatdır, informasiya təhlükəsizliyi
vasitələrinin, elektron biznes və İnternet-infrastrukturları
provayderlərinin tədarükçi şirkətlərinin ekspertlərindən və
nümayəndələrindən yaradılmışdır. Konsersuimun məqsədi
İnternetdə işləyərkən təhlükəsizliyin təmin edilməsi üçün
texniki, təşkilatı və əməliyyat xarakterli əsasnamələrin
hazırlanmasıdır.
ISTF konsersiumu informasiya təhlükəsizliyini 12 sahəyə
bölmüşdür və ilk növbədə əsas diqqəti elektron biznesə
yönəltməyi məsləhət bilir. Elektron biznesdə əsas məsələ onun
iş qabiliyyətinin təmin edilməsidir. Bununla yanaşı siyahıya
aşağıdakılar da əlavə edilmişdir:
Autentifikasiya (identifikasiya edilmiş informasiyanın
obyektiv təsdiq edilmə mexanizmi);
Fərdi informasiya malik olma hüququ (məxfi
informasiyanın təmin edilməsi);
Təhlükəsizlik hadisələrinin müəyyən edilməsi (Security
Events);
Korporativ perimetrin müdafiəsi;
Edilən hücumların müəyyən edilməsi;
Əlçatanlığa nəzarət;
İnzibatçılıq;
Baş vermiş hadisələrə reaksiyanın verilməsi (İncident
Response).
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 280 ____________________________
ISTF -nin təqdimatları fəaliyyətdə olan və ya yeni
fəaliyyətə başlayan elektron biznes və elektron kommersiya
şirkətləri üçün nəzərdə tutulmuşdur. Bu təlimatların şirkətlərə
tətbiqi onu göstərir ki, elektron biznes sistemində
informasiyanın müdafiəsi kompleks şəkildə olmalıdır.
Hücumlardan kompleks müdafiə və təminat iqtisadi
baxımdan əlverişlidir. Odur ki, elektron biznes üçün
kommunikasiya resurslarından istifadə etmək üçün aşağıdakılar
vacibdir:
Elektron biznes sistemlərində təhlükəsizlik hədələrinin
təhlil edilməsi;
İnformasiya
təhlükəsizliyi
siyasətinin
işlənib
hazırlanması;
Konfidensiallığı, tamlığı və ötürülən informasiyanın
əslliyini qorumaqla kanal vasitəsilə informasiyanın
ötürülməsinin müdafiə olunmasının təşkil edilməsi;
İnternetə və kanarda olan şəbəkələrə açıq şəkildə
qoşulmaq və bu şəbəkələrdən istifadə edənlər üçün
təhlükəsizliyin təmin olunmasına imkanın yaradılması;
Ən çox kommersiya məqsədi ilə istifadə edilən
informasiya sistemlərinin müdəfiəsinin təmin edilməsi;
Kommersiya
məqsədli
informasiya
sistemlərində
verilənlərin ötürülməsi üçün yararlı olan kanallarda
müdafiənin yaradılması;
Korporativ şəbəkələrin informasiya resurslarından
istifadə
etməklə
personala
müdafiə
şəraitinin
yaradılması;
Şəbəkə vasitələrinin mərkəzləşdirilmiş şəkildə etibarlı
idarə edilməsinin müdafiəsinin təşkil olunması.
ISTF təqdimatlarına əsasən elektron biznes sahəsində
informasiya sistemlərinin təhlükəsizliyinin yaradılmasında birinci
|