İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 320 ____________________________
Üçüncü versiya TLS 1.0 protokolunun yaradılmasına səbəb
oldu. TLS 1.0 protokolu İnternet
Engineering Task Force
(IETF) üçün standarta çevrilmişdir və digər təşkilatlar
İnternet şəbəkəsində kommersiya məqsədi ilə SSL
protokolundan istifadə etməyə lisenziyalıdırlar.
Soket (ingiliscə socket – dərinləşmə, yuva, sökmə
anlamlarını verir) prosessorlar arasında verilənlərin
mübadiləsini təmin edən proqram interfeysinin adıdır.
Prosessorlar belə mübadiləni ya bir Elektron Hesablama
Maşınında, ya da ki, bir-birilə şəbəkə ilə əlaqə yaratmış
müxtəlif EHM-lərdə yerinə yetirə bilirlər. Soket –
sonuncu
nöqtəni birləşdirən abstrakt obyektdir. Müştəri və server
soketləri mövcuddur. Müştəri soketini kobud şəkildə telefon
şəbəkəsindəki telefon aparatı ilə,
server soketlərini isə
kommutatorlarla müqayisə etmək olar. Müştəri qoşulmalarını
(məsələn, brauzer) ancaq müştəri soketləri, server
qoşmalarını isə (məsələn, brauzerin
sorğu göndərdiyi Veb-
server) həm müştəri soketləri, həm də ki,
server soketləri
həyata keçirirlər.
Sistem administratorundakı selenqlərdə soket IP-ünvan
kombinasiyasını
və
portun
nömrəsini
(məsələn,
http://10.10.10.10.80
.) göstərir.
Soketin interfeysi ilk dəfə BSD Unix-də zahir olmuşdur.
Soketin proqran interfeysi POSIX. 1 standartında yazılmışdır
və bütün əməliyyat sistemləri tərəfindən dəstəklənir.
Dostları ilə paylaş: