İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə238/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   234   235   236   237   238   239   240   241   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 358 ____________________________ 

Ümumi 
idarəetmə 
sistemlərinin 
təhlükəsizlik 
sistemlərinin infrastrukturundan (PKI, LAS, IDS) istifadə 
etməklə inteqrasiyasını. 
AÇIQLAMA
: Elektron təhlükəsizlik sualları indiki 
zamanda dünyada əsas məsələlərdən biri kimi diqqət 
mərkəzindədir. İndiyə kimi onun həll edilməsi üçün çoxlu 
sayda üsullar təklif olunmuşdur. 
Token bunlardan biridir. 
Token dedikdə istifadəçinin informasiya təhlükəsizliyini təmin 
edən qurğu başa düşülür. Qurğu öz sahibinin 
identifikasiyasını həyata keçirməklə yanaşı ona müdafiə 
edilən, uzaqda yerləşdirilmiş əlçatanlıqlı müxtəlif informasiya 
növlərindən istifadə etməsinə imkan verir. Token parolun 
yerinə istifadə oluna bilər. Adətən onlar çoxda böyük ölçüyə 
malik deyillər, rahat çibdə gəzdirilə bilirlər. Müasir tokenlər 
kriptoqrafik açarların (məsələn, elektron imzaların, biometrik 
verilənlərin) saxlanılmasına imkan verir. Tokenlərin xarici 
görünüşü müxtəlif ola bilir: bəzilərində ancaq ekran
bəzilərində miniatür klaviatura, bəzilərində xırda düymələr və 
s. vardır. Tokenlər RFID funksiyası ilə, USB yuvaları və 
interfeys ilə təhciz olunurlar. Onları müxtəlif şirkətlər: 
məsələn, “E Token” və “Ru Token” və s. istehsal edir. 
Tokenlərin istifadəsində iki problem mövcuddur: istifadəçi 
onları ya itirir, ya da ki, oğurladır. Bu problemin həlli onların 
asılqanlarla istehsal olunmasında qisməndə olsa aradan 
qaldırılmışdır. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 359 ____________________________ 
Müxtəlif görüntülü tokenlər 
Hazırkı idarəetmə konsepsiyası çərçivəsində təhlükəsizlik 
siyasətinə söykənən idarəetmə - PBM (Policy based 
management) – idarəetmə qaydaları toplusunu realizasiya 
olunması ilə müəyyən olunur. Bu da öz növbəsində 
müəssisənin bütün biznes-obyektlərini əhatə etməklə bir-birinə 
zidd olmayan idarəetmə qaydalarının formalaşdırılmasına 
təminat verir.
PBM 
prinsiplərini 
rəhbər 
tutaraq 
müəssisənin 
təhlükəsizliyinin idarəedilməsi təhlükəsizliyin idarəediməsinin 
qlobal konsepsiyasina (GSM) əsaslanan idarəetmə sisteminə 
yönəldilmişdir və aşağıdakı tələbləri ödəməlidir: 

Müəssisənin təhlükəsizlik siyasəti özündə məntiqi və 
semantik əlaqəni əks etdirir, bu əlaqə verilənlərin vahid 
strukturu ilə təhlil və redaktə edilir; 

Müəssisənin təhlükəsizlik siyasəti müdafiənin bütün 
səviyyələri 
konteksində 
müəssisənin 
informasiya 
resurslarının təhlükəsizlik siyasətinə və şəbəkə 
təhlükəsizlik siyasətinə tam yanaşmada müəyyən 
olunur; 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin