İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 360 ____________________________
İnzibatı resursların və müəssisənin təhlükəsizlik
siyasətinin sadələşdirilməsi üçün siyasətin parametrlər
sayı minimumlaşdırılmalıdır.
Siyasətin parametrlər sayının minimumlaşdırılması üçün
aşağıdakı yanaşmalardan istifadə olunur:
Təhlükəsizlik obyektlərinin qrup şəkilində müəyyən
edilməsi;
Dolayı yolla müəyyən etmə (məsələn, bütün
vəkalətvermə (mandat vermə - credential) atributların
müəyyən edilməsi);
Əlçatanlığın vəkalət verməklə idarə edilməsi.
Təhlükəsizliyin idarə ediməsinin qlobal konsepsiyasi
təhlükəsizlik siyasətinin müxtəlif təhlil mexanizmini təmin edir.
TƏHLÜKƏSİZLİYİN QLOBAL VƏ LOKAL SİYASƏTİ
Korporativ şəbəkə təhlükəsizliyinin qlobal siyasəti sonlu
sayda təhlükəsizlik qaydaları təqdim edir (security rules) (şəkil
18.). Qaydalar korporativ şəbəkə obyektlərinin informasiya
təhlükəsizliyi konteksində qarşılıqlı əlaqələri əks etdirir. Bura
daxildir:
Təhlükəsizlik servisinin birləşməsi üçün lazım olanlar
(məsələn, təhlil etmə qaydaları, trafikin müdafiəsi və
süzgəclənməsi);
Təhlükəsizlik servisi istiqamətinin təqdim olunması;
Obyektlərin aitentifikasiya qaydaları;
Açarların dəyişmə qaydaları;
Sistem jurnalına təhlükəsizlik hadisələrinin nəticələrinin
yazılma qaydaları;
Baş vermiş təhlükə bildirən hadisələrin siqnalızasiya
qaydaları və s.
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 361 ____________________________
Şəkil 18. Qlobal təhlükəsizlik siyasəti qaydalarının strukturu
Qeyd etmək lazımdır ki, təhlükəsizliyin qlobal siyasəti
obyektləri ayrıca işçi stansiyalar və altsistemlər ola bilər, çünki
özünə şirkətin bütün bölmələrinin struktururnu birləşdirən
obyektlər qrupu (məsələn, marketinq şöbəsi və ya maliyyə
departamenti) və ya ayrıca şirkətlər (məsələn, holdinqə daxil
olanlar) bura daxildirlər. Ayrıca obyekt üçün təhlükəsizlik
siyasəti avtomatik olaraq bütün obyektlər üçün təkrarlanır.
Paylanmış korporativ sistemlər üçün biznes-obyektlərin
müdafiə məsələlərini qaydalar terminləri ilə formalaşdırmaq
olar, çünki şəbəkə əlaqələrini Subj subyekti ilə Obj obyekti
arasında informasiya ötürülməsi kimi təsvir etmək mümkündür.
Bu əlaqələr SecSrv müdafiə servisinin və P parametrinin
köməyilə sazlanır. Nəticədə müəssisənin təhlükəsizlik qlobal
siyasəti qaydalar toplusu kimi təqdim olunur:
(Subj, Obj, SecSrv (P)).
|