İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə37/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 57 ____________________________ 
KRİPTOQRAFİYAYA GİRİŞ. SİMMETRİK 
ŞİFRƏLƏMƏ 
KRİPTOQRAFİYANIN ƏSAS ANLAYIŞI 
XX əsrin 70-ci illərinə kimi verilənlərin şifrələnməsi 
üsullarının yaradılması və öyrənilməsi ilə məşğul olan elm 
sahəsi və praktiki fəaliyyət 
kriptoqrafiya adlanırdı. İndiki 
zamanda elmin, texnikanın və praktiki fəaliyyətin bu sahəsi 
yaradıcılıq ilə əlaqəlidir, informasiyanın müdafiə sisteminin 
kriptoqrafik təhlilini və tətbiqini həyata keçirir. 
Kriptoqrafik sistem dedikdə kriptoqrafik vasitələrdən 
istifadə etməklə avtomatlaşdırılmış informasiya sistemlərində 
və ya şəbəkələrdə informasiyanın təhlükəsizliyinin təmin 
edilməsini həyata keçirən sistem nəzərdə tutulur. Bəzən bu 
məqsədlə altsistemin şifrələnməsi, istifadəçinin identifikasiyası, 
elektron rəqəmsal imza və başqalarından da istifadə olunur. 
Kriptoqrafiya vasitələri dedikdə informasiyanın kriptoqrafik 
çevrilməsindən istifadə etməklə informasiya təhlükəsizliyinin 
təmin edilməsi üçün yararlı olan vəsaitlər və üsullar nəzərdə 
tutulur. Dar mənada isə kriptoqrafik vasitələr dedikdə 
kriptosistem funksiyasını yerinə yetirən ayrı-ayrı qurğular, 
sənədlər və proqramlar başa düşülür.
İnformasiyanın kriptoqrafik çevrilməsi dedikdə kriptoqrafik 
alqoritmlərin birindən istifadə etməklə informasiyanın 
çevrilməsi 
nəzərdə 
tutulur. 
Kriptoqrafik 
alqoritmlərə 
şifrələmə/deşifrələmə alqoritmləri, xeşləmə, formatlama və 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 58 ____________________________ 
elektron rəqəmsal imzaların yoxlanması, açarların paylanması 
və çoxlu sayda digər alqoritmlər daxildir. Adları çəkilən 
alqoritmlərin hər biri ehtimal olunan, nizam-intizamı pozan 
(düşmən, pisniyyətli və s.) şəxs tərəfindən müəyyən 
informasiya təhlükəsizliyinə qarşı yönəlmiş hədələrin aradan 
qaldırılmasına yardımçıdırlar.
Əksər kriptoqrafik alqoritmlər riyazı əsasa söykənərək 
qurulurlar. 
Kriptoqrafiya kriptologiya elminin hissələrindən biridir. 
Kriptologiya elminin digər hissəsi kriptotəhlil (və ya 
kriptoanalız) ilə məşğul olur. XX əsrin 70-ci illərinə kimi elmin 
bu sahəsi şifrələmə üsullarının zəif və güclü tərəflərini, 
həmçinin şifrələrin sındırılması üsullarını öyrənirdi. İndiki 
zamanda kriptotəhlil kriptoqrafik sistemin müdafiəsi ilə məşğul 
olan elm sahəsidir. Sahə informasiya təhlükəsizliyinin pozulma 
üsullarının axtarılması ilə məşğul olur və cari sistemin 
informasiya təhlükəsizliyini təmin edir. Beləliklə, kriptotəhlil 
şifrələnmiş mətnin açarsız oxunma üsullarını, elektron rəqəmsal 
imzanın saxtalaşdırılma üsullarını və başqalarını öyrənir. 
Kriptoqrafiya və kriptoanaliz güclü elm sahələri olsada, bir-
birinin əksinə yönəlmiş məqsədə qulluq edirlər. Sonuncu 
onilliklərdə bu elm sahələri fasiləsiz və intensiv inkişaf edir, 
nəticədə bir sahənin inkişafı digər sahənin inkişafına da səbəb 
olur. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin