İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 49 ____________________________
ƏLÇATANLIĞA NƏZARƏTİN ROL MODELİ (RBAC) İdarəetmənin rol üsulu istifadəçinin informasiyaya
əlçatanlığını onların sistemdəki aktivlik növünə (roluna) görə
nəzarətdə saxlayır.
Rol dedikdə fəaliyyətin növünün müəyyən
edilməsi ilə bağlı fəaliyyətlər və öhdəliklər toplumu başa
düşülür.
Rola
nümunə
kimi:
verilənlər
bazasının
administratorunu, meneceri, şöbə rəisini və s. göstərmək olar.
Rol üsulunda hər bir istifadəçi üçün deyil, hər bir rol üçün
icazə verilən əlçatanlıq əməliyyatları hər bir obyekt ilə
müqayisə olunur. Bununla yanaşı hər bir istifadəçinin yerinə
yetirə biləcəyi rol ilə müqayisə edəcəyi rol tutuşdurulur. Bəzi
sistemlərdə istifadəçi eyni zamanda bir neçə rolu yerinə yetirə
bilər, bəzi sistemlərdə isə istifadəçinin bir və ya bir neçə rolu
yerinə yetirməsi məhdudlaşdırılır (nəzərə almaq lazımdır ki, bu
rollar bir-biri ilə ziddiyyət təşkil etmirlər).
RBAC modelinin formalaşdırılması üçün aşağıdakı
razılaşmalardan istifadə olunur:
S = subyekt – insan və ya avtomatlaşdırılmış agent.
R = rol – işçi funksiya və ya ad, avtorizasiya səviyyəsində
müəyyən edilir.
P = icazə - resursa təsdiq edilmiş daxil olma rejimi.
SE = sessiya – S, R və (və ya) P arasında uyğunluq.
SA = subyektin adı (Subject Assignment).
.
R S SA
Bu
zaman subyektlər rollarının əlaqəsinə və “çoxluğu çoxluğa
doğru” münasibəti olan subyektlərə görə təyin edilirlər (bir
subyektin bir neçə rolu və yaxud bir neçə subyektin bir rolu ola
bilər) .
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 50 ____________________________
RH = icazənin təyinatı (Permission Assignment).
.
R P PA
Bu zaman icazə rolları “çoxluğu çoxluğa doğru”
münasibətdə təyin edir.
RH = ierarxik rolların hissələrlə düzülməsi (Role
Hierarchy).
.
R R PH
Aşağıdakı şəkildə RBAC modelinin sxemi verilmişdir.
Şəkil 3. Əlçatanlığa nəzarətin rol modelinin sxemi (RBAC)
Rol modelinin əsas üstünlükləri:
1.
Administrasiyalaşmanın sadəliyi. DAC modelindən fərqli
olaraq bu modeldə hər bir “obyekt-istifadəçi” cütlüyü üçün
icazənin qeyd edilməsinə tələbat yoxdur, çünki bunun yerinə
“obyekt-rol” cütlüyü üçün icazə yazılır. İstifadəçinin cavabdeh
obyektinin dəyişməsi zamanı sadəcə onun rolu dəyişir. Rolların
iyerarxiyası (rol ozünə məxsus üstünlüklərlə yanaşı digər
rollardakı üstünlüklərə də varis ola bilər) administrasiyalaşma
prosesini sadələşdirir.
2.
Az üstünlüklər prinsipi. Rol modeli istifadəçiyə tələb
edilən məsələlərin minimum yerinə yetirilməsi üçün sistemdəki
rola uyğun qeydiyyatdan keçməyə imkan verir.