İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 48 ____________________________
baxımdan formalaşdırılmışdır. Model əsas istiqamətini
konfidensiallığa
yönəltmişdir. Bəzi hallarda modeldən istifadə
edən istifadəçi işlədiyi verilənlərdən istifadə edə bildiyi halda,
onlar məxfi saxlanılır (istifadəçi onları görə bilmir).
AÇIQLAMA
:
Konfidensial (ingiliscə confidence – inam,
etimad, etibar anlamını verir) – istənilən informasiyanın
axmasının (hamıya bildirilməsinin) qarşısının alınmasıdır.
Etimoloji baxımdan “Konfidensial” sözü latın dilindın gəlmədir
– latınca confidentia – etibar deməkdir.
Müasir rus dilində
söz “yayılmaya ehtiyacı olmayan, gizli, vəkalətnamə” kimi
səslənir (istifadə edilir). “Gizli” sözü fransızlardan gəlmədir
(secret – sirr).
İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar
olaraq informasiyanın konfidensiallığı böyük əhəmiyyət kəsb
edir. Müxtəlif ölkələrdə istifadəsindən asılı
olaraq söz
müxtəlif cür izah olunur.
Avropa Birliyi Ölkələrində informasiyanın konfidensiallığı
bir neçə razılaşmalar və direktivlər vasitəsilə tənzim edilir.
Bunlara misal olaraq EC 95/46/EC, 2002/58/EC, ETS 108,
ETS 181, ETS 185, ETS 189 direktivlərini göstərmək olar.
Məsələn,
“Kompüter
informasiyası
mühitində
cinayətkarlıq haqqında”
konvensiyada
(ETS N 185)
kompüter verilənlərinin və kompüter şəbəkələrinin,
sistemlərinin konfidensiallığına qarşı yönəlmiş hərəkətlərin
qarşısının alınması məsələlərinə baxılır.
QEYD
: Konvensiya (latınca conventio –
müqavilə,
razılaşma anlamını verir) müxtəlif beynəlxalq müqavilələr
deməkdir.