İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə29/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 42 ____________________________ 
onu məhf etmək üçün xərclədiyi paranın məbləği sistem 
işləyərkən verəcəyi gəlirdən qat-qat yüksək olsun. Bəzən bu 
üsuldan da istifadə edilir: sistemin müdafiəsinə çəkilən xərc 
informasiyanın 
təhlükəsizliyinə 
çəkilən 
xərcdən 
artıq 
olmamalıdır. 
6.
Uyuşqanlıq. Sistemin mühafizəsi xarici şərtlərin 
dəyişməsinə adaptasiya (öyrəşmə) olunma imkanına malik 
olmalıdır. 
7.
Müdafiə mexanizminin və alqoritmlərinin açıqlığı. Sistem 
müdafiə üçün nəzərdə tutulmuş bütün işlərin pisniyyətli şəxsə 
məlum olacağını nəzərə almaqla onun həyata keçirə biləcəyi 
işlərin bütün detallarını araşdırıb öyrənməklə etibarlı müdafiəni 
təmin etməlidir.
 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 43 ____________________________ 
 
TƏHLÜKƏSİZLİK MODELLƏRİ 
TƏHLÜKƏSİZLİK MODELİNİN TƏYİNATI VƏ 
ANLAYIŞI 
Sistemin formal şəkildə hazırlanmasında əsas rolu 
təhlükəsizlik modeli adlanan (daxilolmaların idarə edilməsi 
modeli, təhlükəsizliyin siyasi modeli) model oynayır. Modelin 
məqsədi cari sistemdə təhlükəsizlik baxımından qoyulmuş 
tələblərin ifadə edilməsidir. Model sistemə daxil olan 
informasiya axınını və informasiyaya əlçatanlığın idarə edilmə 
qanunlarını müəyyən edir. 
Model sistemin xüsusiyyətlərini təhlil etməyə imkan verir. 
Öndə qeyd edildiyi kimi model formal olduğu üçün sistemin 
müxtəlif təhlükəsizlik xüsusiyyətlərini sübut etməyə şərait 
yaradır.
Təhlükəsizliyin təmin olunmasında istifadə olunan model 
bu xüsusiyyətlərə malik olmalıdır: 
abstraktlıq, sadəlik və 
adekvatlıq. 
AÇIQLAMA

Adekvatlıq – analoji hallarda baş verən 
eyni hərəkətlərin (rəftarın, əməlin) yerinə yetirilməsidir. 
İnformasiya təhlükəsizliyi modelində istifadə olunan 
əlçatanlığa müəyyən məhdudiyyətlər də qoyulur və bu 
məhdudiyyətlər Rusiya Federasiyası nəzdində fəaliyyət 
göstərən Dövlər Texniki Komissiyası tərəfindən hazırlanmış 
“İnformasiyaya qeyriqanuni əlçatanlığın müdafiə edilməsi” 
sənədidir. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin