İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə25/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 34 ____________________________ 
ödəmənin həyata keçirilməsi sahələrində və başqa yerlərdə 
informasiya təhlükəsizliyinin həyata keçirilməsi və s. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 35 ____________________________ 
MÜDAFİƏ OLUNAN 
AVTOMATLAŞDIRILMIŞ İNFORMASİYA 
SİSTEMLƏRİNİN QURULMA 
PRİNSİPLƏRİ 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
SİSTEMLƏRİNİN MƏSƏLƏLƏRİ 
İnformasiya təhlükəsizlinin hədələrə qarşı müqavimət 
göstərməsi məqsədilə müdafiə oluanan AİS-nin informasiya 
təhlükəsizliyi sisteminin təmin edilməsi üçün aşağıdakı 
məsələlər həll edilməlidir: 
1.Avtomatlaşdırılmış informasiya sistemləri resurslarına 
istifadəçi əlçatanlığının idarə edilməsi. 
2.Rabitə kanalı vasitəsilə ötürülən verilənlərin müdafiə 
edilməsi. 
3.Sistemdə baş verənlərlə və sistemin təhlükəsizliyi ilə 
birbaşa əlaqəsi olan, sistemdə baş vermiş bütün hadisələr 
haqqında məlumatların, təhlillərin, informasiyanın yığılmasının 
və saxlanılmasının qeyd olunması. 
4.Müdiriyyət tərəfindən sistem istifadəçisinin işinə 
nəzarətin yerinə yetirilməsi ilə yanaşı müdiriyyəti operativ 
şəkildə qeyri-qanuni sistemin resurslarına daxil olmaq 
istəyənlər barədə məlumatlandırmaq. 
5.Potensial zərərli proqramların nəzarətsizlik üzündən 
sistemə tətbiq olunmasının qarşısını almaq məqsədilə qapalı 
mühitin yoxlanılmış proqram təminatı ilə təmin edilməsini 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 36 ____________________________ 
həyata keçirmək. Bununla yanaşı sistemə daxil ola biləcək 
kompüter virusları ilə mübarizə aparılmasını yerinə yetirmək. 
6.Müdafiə sistemi resurslarının tamlığına nail olmaq üçün 
onları dəstəkləməklə yanaşı onlara nəzarəti həyata keçirmək. 
Avtomatlaşdırılmış informasiya sistemlərində (AİS) daxili 
və xarici təhlükəsizliyi fərqləndirmək lazımdır. 
Xarici 
təhlükəsizlik sistemə təsir edə biləcək fəlakətlərlə (yanğın, 
zəlzələ və s.) və sistemə kənardan daxil olan bədniyyətlilərin 
əməlləri ilə bağlıdır. 
Daxili təhlükəsizlik sistemin qanuni 
istifadəçiləri və xidmətedici personalın fəaliyyətində etibarlı və 
əlverişli mexanizmlərin tətbiqi ilə əlaqədardır. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin